Qara üzümün gücü ...

0
1869
Qara üzümün gücü ...

 Sən demə qara üzüm yaddaşı gücləndirirmiş. Bəli bəli. Amerika alimləri bu fikirdədirlər 


Amerika Sinsinati Universitetinin psixiatriya kafedrasının alimlərinin erkən yaddaş itkisi olan 30 nəfər üzərində apardıqları araşdırmalar hər kəsi təəcübləndirib.

Alimlər həmin şəxsləri 2 qrupa ayırıblar. Qrupdan birinə 12 həftə boyunca saf qara üzüm suyu içiriblər. Digər qrupa isə üzüm suyu içirilməyib. Sınaq zamanı müəyyən olub ki, saf qara üzüm suyu içənlərin yaddaş yoxlama testlərindəki nəticələri digərlərinə görə daha yüksək olub. 

Alimlərin sözlərinə görə, qara üzüm beyni gücləndirir və yaddaşı inkişaf etdirir.

Araşdırmanın nəticələrinə görə, meyvə və tərəvəz kimi antioksid baxımdan zəngin qidalar və şirələrin yaddaşı qoruyur.

ŞƏRH YAZIN