İnsanlar Yuxuda Niyə Danışır?

0
1681
İnsanlar Yuxuda Niyə Danışır?

Təcrübələr göstərir ki, yuxuda danışma halları getdikcə artır. Artıq uşaqların 50 %-i, böyüklərin isə 5 %-i yuxusunda danışır. Mütəxəssislər hələ də tam səbəbi bilinməyən bu halın kişilərdə daha çox görüldüyünü deyir. Yaxşı, bəs gecənin bir yarısı yanınızdakı adam yuxusunda danışarsa, nə edəcəyinizi bilirsizmi?

Yuxuda danışmaq nədir?
Yuxuda danışmaq yuxunun hər hansı bir mərhələsindən dolayı yaranan narahatlıqdır. Anlaşılmayan dialoqlar, monoloqlar, tamamilə mənasız sözlər və mırıldanmaq şəklində olur. Yuxusunda danışan adamlar özləri bu hərəkətlərindən xəbərsiz olurlar.

Yuxuda danışmağın səbəbi..
Yuxuda danışmaq – yuxu apnesi (yuxuda tənəffüsün dayanması), qarabasma, REM davranış pozuntusu (fərdin yuxularını hərəkət edərək, ya da danışaraq canlandırması), seksomaniya (yuxudaykən cinsi aktivlik yaşaması) kimi daha ciddi yuxu pozuntusunun əlamətləridir.

Bundan başqa qızdırma ,yuxusuzluq, depressiya, stress, yatmadan əvvəl spirtli içki, ya da narkotik maddə qəbul etmə də səbəb olur. 

Yuxuda danışan birini oyandırmaq onun sadəcə 1 dəqiqəlik susmasına kömək edəcək, yenidən davam edə bilər.

Yuxuda danışmaq nəsə başqa problem yaradırsa, mütəxəssislə məsləhətləşin.
Bu halın həlli üçün gündüz və yatmadan əvvəl yuxunuza mənfi təsir edə biləcək davranışlarınızı qaydaya salmalısız.

Hər gün eyni saatda yatıb qalxmalı, 7 saat yatmalı, spirtli içkidən uzaq durmalısız.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN