Kabuslarımız bizə nə deyir?

0
2169
Kabuslarımız bizə nə deyir?

 Hər kəs yuxu görər. Amma bəzən yuxularımız bir kabus olar. Bəs yuxuda gördüyümüz kabuslar nə məna verir? Sizə ən çox görülən 10 kabus və mənalarını təqdim edirik.


1. Qovulmaq
 
Qovulmaq ən sıx görülən 10 kabusdan biridir. Bir heyvan, adam ya da mistik güclər tərəfindən qovulduğunuzu görə bilərsiniz. Sizi qovan nə olursa olsun sizi ələ keçirə bilməz və nə deyil qovduğunu öyrənə bilməzsiniz. Özünüzü ən çarəsiz hiss etdiyiniz yer burasıdır. Heyvan yaradılışınızın utancaq olmayan parçasıdır. Xarici biri ya da mənfi enerjilər qəbul etməniz lazım olan ya da dərs almanız lazım olan bir vəziyyəti izah edər. Bu cür kabuslar, çətin qərarlar vermək məcburiyyətində qalsanız belə həyatınızın idarəsini əlinizə almanıq lazım olduğunu sizə izah edər.

2. Boğulmaq
 
Yuxunuzda boğulduğunuzu görürsünüzsə özünüzdən soruşun, "Nəyi maneə törədirəm, nələrdən uzaq dayanıram ya da niyə bəzi şeylərlə başa çıxa bilmirəm kimi hiss edirəm". Bu nələri, niyə qəbul edə bilmədiyinizi anlamanızı təmin edər. Yuxunuzda suyun altında necə nəfəs alacağınızı öyrənə bilərsiniz.

3. Küncə sıxışmaq
 
Yuxunuzda küncə sıxışdığınızı və ya hərəkət edə bilmədiyinizi görürsünüzsə, həyatınızda belə hiss etmənizə səbəb olan bir vəziyyətlə qarşı-qarşıyasınız deməkdir. İçindən çıxa bilmədiyiniz vəziyyətlə əlaqədar daha quruluşçu dəyişikliklər etmənizin zamanı gəlmiş ola bilər. Oyandıqdan sonra kabusunuz haqqında sizi yaxşı tanıyan, güvəndiyiniz biriylə danışın.

4. Sevgilidən ayrılmaq ya da boşanmaq
 
Bu cür yuxuların birdən çox mənası ola bilər. Əlaqənizdə yaşadığınız anlaşılmazlıqlar ya da həddindən artıq bağlılıq belə bir kabus görmənizə səbəb ola bilər. Bəzən həyatımıza çöldən baxaraq bəzi dərslər çıxarmamız lazımdır. Həqiqətdə özünüzü etibarda hiss etməniz üçün nələr lazım olduğu üzərində düşünün.

5. Yaralanmaq
 
Yuxunuzda yaralandığınızı görürsünüzsə, bədəninizin ağrıyan nöqtələrinə diqqət etməlisiniz. Təpədən dırnağa ümumi sağlamlığınız yoxlatırmaq köməyinizə çatar. Bunun yanında özünüzə həyatınızda nələri laqeyd yanaşdığınızı soruşun. Təcili ehtiyaclarınızı və prioritetlərinizi təyin edərək həyatınızı dəyişdirə bilərsiniz.

6. Diş tökülməsi
 
Çoxu insan yuxusunda dişlərinin töküldüyünü görər. Dişlər danışmaq, yemək, yaxşı görünüş və özünüzü qorumanız üçün bir silah ola bilər. Dişlərinizin töküldüyünü görmək seçki etməniz lazım olan bir problemin varlığına işarədir. Özünüzə diqqət yetirmə ya da birlik içində danışma, özünüzü ifadə edə bilməmə qorxusundan qaynaqlana bilər.

7. İzdihamda çılpaq qalma
 
Kabuslarınızda izdihamda çılpaq qaldığınızı ancaq kimsənin sizi fərqinə varmadığını görürsünüzsə, özünüzə kifayət qədər güvənmədiyiniz ya da başqalarıyla birlikdəykən rahat ola bilmədiyiniz mənasını verər. Baxışlar üzərinizdəykən zəif, axmaq və qorumasız hiss etmənizin bir nəticəsi olaraq bu kabusları görərsiniz. Bu kabusu ümumiyyətlə zənginlər ya da mövqe sahibi kəslər görər. Yuxunuzda çılpaq olduğunuzu ancaq utanmadığınızı görmək isə çox azad ruhlu biri olduğunuzu göstərər.

8. Təyyarəyə ya da qatara çata bilməmək
 
Bu cür kabusları davamlı hərəkətdə olan, hər yerə çatmağa çalışan insanlar görər. Ayrıca, əhəmiyyətli bir fürsəti qaçıra biləcəyinizə ya da vizionunuzu dəyişdirməniz lazım olduğuna da işarə edər. Bu cür kabuslar ayrıca əhəmiyyətli bir seçki etməniz gərə biləcəyi mənasına da gəlir. Hazırlıqsız imtahana girmək də buna bənzər mənalar ifadə edər. Özünüzə zaman-zaman qarşınıza çıxa biləcək maneələrlə mübarizə etmə gücünüz olub olmadığını sınayın.

9. Ölmüş birini görmək
 
Yazılı ya da sözlü olmayan, telepatiya ilə ünsiyyət qurulan astral kabuslardır. Bu yuxuların ümumisi qorxu ünsürlərindən uzaq, dinc və sakindir. Zaman və yeranlayışı yoxdur. Əgər ölmüş insan yüksək səslə danışırsa, çox vaxt fərdi bir mənası vardır.

10. Təbii fəlakətlər
 
Zəlzələ, sunami, qasırğa ya da dünyanın sonunun gəlməsi kimi böyük fəlakətləri görmək etibarlı və öyrəşmiş olduğunuz həyatınızda dramatik dəyişikliklər olacağını göstərər. Bu kabusu tam olaraq şərh etmək çətin ola bilər amma romantik qarışıqlıq, bütün dünyanı təsir edən dəyişiklikləri qəbul etmə olaraq şərh oluna bilər.

ŞƏRH YAZIN