Məşhur Nəsrəddin Xoca ...

0
2598
Məşhur Nəsrəddin Xoca ...

 Molla Nəsrəddin lətifələrini eşitməmiş olmazsınız... dillərər dastan olan Molla Nəsrəddin bəs kimdir? 


Xoca Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq ediblər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var.

Bir çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə anadan olduğu iddia edilir. O, Sivrihisarın Xorto şəhərində doğulub, lakin Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşayıb. Elə oxuduğu Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilirdi.
Molla Nəsrəddinin atası Abdulla əfəndi imam olub, lakin o uzun yaşamayıb. Nəsrəddin mədrəsədə oxuyarkən atasını itirir. Və bundan sonra onunçün kənddə qalmaq çətin olur.

1237-ci ildə Xoca Nəsrəddin Ağşəhərə gəlir və bölgə qazısı kimi işləməyə başlayır. Bu vəzifədə işlərkən də ona "Nəsrəddin Xoca" deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb.
 
Onun lətifələri, işlətdiyi sözlər Anadoludan tutmuş, Çinin ərazilərində yaşayan türklərə kimi dillər əzbəridir. 
 
Molla Nəsrəddinin lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin “Bozoğlan” adlı eşşəyi olub, bəzi rəsmlərdə Nəsrəddinin yanında eşşəyi də görüntülənir.

Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən "Saltuknamə" əsərində rast gəlinib. Fateh Sultan Mehmetin oğlu Cemin (sonralar o tarixə Sultan Cem kimi düşüb) şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib. Göstərişin yerinə yetirilməsi o dövrün məşhur alimi Əbülxeyir Rumiyə tapşırılır. 7 il xalq arasında Molla Nəsrəddinlə bağlı lətifələr toplanılır. Həmin lətifələr 1480-cı ildə kitab halında çap edilir. Onunla bağlı əsərlərdən biri "Həzə Tərgemei Nasraddin Əfəndi Rahme" adını daşıyır, hazırda London muzeyində saxlanılır.

Molla Nəsrəddin Ağşəhərli bir xanımla evlənir. Deyilənə görə, həmin xanımdan iki qızı olub: Fatma Xatun və Dürri Mələk. Molla Nəsrəddin 1284-cü ildə (bəzi mənbələrdə 1384-cü il) yaşadığı Ağşəhərdə vəfat edir. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir.

ŞƏRH YAZIN