Ömrünüz Uzun Olsun!

0
1723
Ömrünüz Uzun Olsun!

Bəzən həmyaşıdlarımızla yaşımızın eyni olmasına baxmayaraq, xarici görkəmləri çox fərqlənir. Və "bioloji və ya həqiqi yaş" anlayışının nə qədər real olduğunun fərqinə varırıq. 
Professor Maykl Royzen də keçirtdiyimiz həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır. Sizin dostunuz əgər 40 yaşında 20 yaşlı insan kimi görsənirsə, deməli, o, son dərəcə sağlam həyat tərzi keçirir. Lakin prinsipcə mümkün olmayan heç bir şey yoxdur, əgər siz təcrübəli mütəxəssisin məsləhətlərinə qulaq assanız, elə bu gündən qocalıqla öz mübarizənizi başlaya bilərsininiz. Bu məsləhətlər aşağıdakılardır.

- Müntəzzəm olaraq qidalanmada tomatlardan(pomidor) istifadə etmək (souslar, qızardılmış şəkildə )kişilərə imkan verir ki, öz yaşından 1,9 il, qadınlar isə 0,8 il cavanlaşsınlar;

- Hər gün 1 tablet aspirin qəbul etmək (yeməkdən sonra, 1 stakan su ilə qəbul etmək) 2,2 il yaşdan azaltmağa imkan verir;
 
- 30 dəqiqəlik təmiz havada gündəlik gəzinti 1,6 il yaşdan azaltmağa imkan verir;
 
- Həftədə 30 dəqiqəlik güc tələb edən məşqlər və ya fiziki fəaliyyət 1,7 il yaşdan azaltmağa imkan verir;
 
- Az miqdarda gündəlik şokolad yemək imkan verir ki, həyatı 1,3 il uzadasınız;
 
- Qidada yalnız yaxşı yağların işlədilməsi həyata 3,4 il əlavə edir;
 
- Gündəlik 5 müxtəlif meyvə yeyilməsi həyata 1,4 il əlavə edir;
 
- Gündə qoz - fındıqdan 5-8 ədəd yeyilməsi imkan verir ki, həyatı 3 il uzadasınız;
 
- Suda bişmiş, pörtlədilmiş və ya buxarda hazırlanmış balıqdan istifadə etmək ömrü 3 il uzatmağa imkan verir;
 
- Qidada balanslaşdırılmış vitaminli məhsullardan istifadə etmək 3,3 il yaşdan azaltmağa imkan verir;
 
- Gülüş əhəmiyyətli dərəcədə - 1,7 ildən 8 ilə qədər ömrü uzadır;
 
- Fol turşusunun vitaminlərin tərkibində və ya ayrıca olaraq qida əlavələrində qəbul etmək ömürə 1,2 il əlavə edir;
 
- Gündəlik B6 vitaminin qəbulu 0,4 il ömrə əlavə edir;
 
- Kalsium və kalsiimla zəngin gida qəbulu 0,5 il ömrə əlavə edir;
 
- Ağız boşluğunu qaydada saxlamaq və hər 6 aydan bir stomatoloqda müayinədən kecmək - bu daha 6,4 il ömürə əlavə edir;
 
- Gündəlik səhər yeməyi- bu ömürə 1,1 il əlavədir;
 
- Əlin yuyulması və qidanın yaxşı hazırlanması 0,4 il həyta əlavədir; 
 
- Keyfiyyətli, sağlam yuxu- 7 saat qadınlar üçün, 8 saat kişilər üçün. 3 ildən 12 ilə qədər əlavə ömürdür;
 
- Güclü stress çox zərərlidir. Həyatda 3 katastrofik stress situasiya ömrü 32 il qısaltmağa qadirdir;
 
- Normal çəkini saxlaya bilmək (qadınlar üçün ideal çəki onun 18 yaşındaki çəkisi, kişilər üçün isə 21 yaşındakı çəkisidir ) - 6 il həyat deməkdir
 
 
 
Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN