Onlar Son Dəfə Nə Yemişdilər…

0
2151
Onlar Son Dəfə Nə Yemişdilər…

Dünya tarixində önəmli bir yerə sahib olan, həmin ana öz damğasını vuran simaların ölümlərindən əvvəl son dəfə yediyi yeməklərin adı müəyyən olunub. Bəlli olub ki, menyüdə həm mükəmməl, həm də sıradan yeməklər var imiş.

İraqın keçmiş prezidenti Səddam Hüseynin sonuncu yeməyi toyuq və ballı plov olub. 
***
30 aprel 1945–ci ildə ailəsi ilə birlikdə intihar edən Adolf Hitlerin son yeməyi tomatlı makaron olmuşdu.
***
Məşhur aktyor Ceyms Den ölümündən əvvəl yalnız bir stəkan süd içib.
***
Rus dövlət adamı Qriqori Rasputin 1916-cı ildə həyatını itirərkən son yeməyi ballı piroq, qara çörək, “kanəpə” və Madeira şərabından ibarətdir. 
***
Aktyor Britani Mörfi ən sevimli yeməyi olan Tailand mətbəxindən qəlyanaltı və enerjili içki olan limon suyu içib.
***
General Corc Armstronq Kaster Birləşmiş Dövlətlər Ordusunun zabiti idi. O, 1876-cı ildə qırmızıdərili bir qəbilə ilə döyüşərkən həyatını itirmişdi. Casterin son yeməyində süfrədə qızarmış lobya, qızarmış yabanı qarğıdalı və qır toyuğu vardı. 
***
ABŞ pianoçusu və müğənni Libereys 1987-ci ildə 67 yaşındaykən həyatını itirmişdi. O, ölməzdən əvvəl son yeməyində buğda unundan hazırlanmış şirniyyat yemişdi. 
***
Məşhur aktyor Con Beluşi 1982-ci ildə, gənc yaşında (33 yaş) dünyasını dəyişib. Aktyor ölmədən əvvəl son dəfə mərcimək şorbası içmişdi.
***
Amerika Vətəndaş Müharibəsində Konfederasiya Ordusunun komandirliyini edən Robert E. Li, 1870-ci ildə Virciniada ölmüşdü. Li son yeməyində bifşteks şorbasıyla birlikdə “Brandi” içmişdi. 
***
Alen Ginsberq Döyüş əleyhdarı şəxsiyyətiylə bilinən amerikalı şair 1997-ci ildə vəfat edib. Ginsberq ölmədən əvvəlki son payında balıq şorbası içmişdi. 
***
Hindistan Müstəqillik Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi 1948-ci ildə 78 yaşındaykən həyatını itirməzdən az əvvəlki nahar süfrəsində bişirilmiş tərəvəzlər, portağal, keçi südü, zəncəfil, limon, kərəyağı və aloe suyu vardı.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN