Pul Yığmaq Üçün Nə Etmək Lazımdır?

0
2956
Pul Yığmaq Üçün Nə Etmək Lazımdır?

1. Səbrli olun. Pul uzun müddət ərzində qənaət edilib toplanır. Tez geri qaytarmaq üçün əbəs yerə risk etməyin. İnvestisiya qoyuluşu qısa məsafəyə deyil, uzun məsafəyə olan qaçışdır.
2. Nə qədər ki gəncsiz - risk edin. Hələ ki sizin vaxtınız var, qabaqcadan götür-qoy edərək risk etməyiniz normal haldır.
3. Oynamayın. Qumar oynamaq ümidsizlər və kasıblar üçündür. Əgər ehtiyac varsa, əylənmək üçün oynayın. Siz qumar oyunları oynasanız, heç vaxt pul qazana bilməyəcəksiz.
4. Sağlam olun. Sağlamlıq iti ağıl deməkdir. Sağlam olmaq çox işləməyə imkan verir. Sağlam adamlar daha çox pul qazanırlar.
5. Gülün və gülümsəyin. Xoşbəxt insanlar daha çox pul qazanırlar.
6. Avtomobil alın və onu uzun illər qoruyub saxlayın. Avtomobil bizim həyatımızda ən iri pul xərcidir. İnsanlar yeni maşın üçün həddindən çox xərcləyirlər. İstismarda olmuş avtomobil almaq lazımdır.
7. Hər şeyi lazımi dərəcədə edin. Qidalanmaqdan başlayaraq iş görməyə kimi hər şeyi lazımı dərəcədə etmək lazımdır. Bu, həyatda uğur əldə etmək üçün vasitədir. 
8. Lazım olmayan əşyalara pul xərcləməyin. Kolleksiya toplamaq üçün əşyalar almayın, yaxınlığınızda yerləşən supermarketdə satılan lazımsız zir-zibil almayın.  
9. Sağlam nikah. Sağlam nikah sizə pul qənaət etməyə kömək edər yaxud nikahınız davamlı deyilsə, bu sizin var dövlətinizin əlinizdən çıxmasına gətirə bilər.  
10. Hərəkət edin. Aktiv olun. Sizin nə qədər çox dünyagörüşünüz olsa, bir o qədər çox biləcəksiz. Siz nə qədər çox bilsəniz, bir o qədər çox ideyalar əmələ gələcək. İdeyalar nə qədər çox olsa, sizin nədə qazanacağınız yaxud nədə qənaət edəcəyiniz şansı bir o qədər yüksək olacaq. 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN