Viktor Hüqo Sözləri!

0
22281
Viktor Hüqo Sözləri!

*Həyat - mahnıdır. Nəqəratı isə - ölüm.

*Həyat - güldür. Sevgi - nektar.
 
*İnsanın daxilindəki yaxşılıq - bu günəşdir.
 
*Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
 
*Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
 
*Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O vaxtı gəlmiş ideyadır.
 
*Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Siz də eynisini etməyə çalışın.
 
*Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
 
*Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır.
 
*Utanmazlıq bəzən ayıbı gizlədir.
 
*Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
 
*Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
 
*Dahi insanlar nadir hallarda təklikdə görünür.
 
*Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, biz necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik.
 
*Məntiq heç bir mərhəmət bilmir.
 
*Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
 
*Qadınlara hərdən itaət etmək lazımdır ki, onun üzərində hökmranlıq edəsən.
 
*Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
 
*Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır.
 
*Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq.
 
*Mənəviyyat - çiçəkli bir haqqdır.
 
*Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və onu müdafiə edənləri.
 
*Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı, lakin onun qəlbində ulduzlar parıldayırdı.
 
*Qorxu üzərində qələbə bizə güc verir.
 
*Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir. 
 
*Gülüş - bu günəşdir, o insan üzündən qışı qovur.
 
*Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal.
 
*İnsanda bir zülmkarlıq var - cəhalət.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN