Kütlənin İdarə Edilməsi

0
1966
Kütlənin İdarə Edilməsi

Kütləvi İnformasiya Vasitələrində belə bir xəbər yayılır ki,tezliklə şəkərin  qiyməti artacaq.Çünki dövlət şəkər istehsalçılarına əlavə vergi tətbiq etmək niyyətindədir. Vəziyyət belə olduqda əhali iki qrupa bölünür.
Birinci qrupa daxil olanlar bu xəbərə inanlar və şəkər bahalaşmamış onu almağa başlayanlar idi.Ikinci qrupa daxil olanlar isə isə hesab edirdilər ki,şəkər istehsalçılarına əlavə vergi tətbiq edilməsi xəbəri reallığa uyğun deyil.
Bu ikinci qrup nümayəndələri anlayırlar ki,dövlət şəkər istehsalçılarının öz məhsullarına olan tələbatlarını artırmaq üçün belə desək şans vermişdir.Lakin birinci qrup “tam heyətlə” mağazalara axışır və mümkün qədər çox şəkər alırlar.
Təbii olaraq əksər insanların vitrinləri boşaldaraq şəkər almağa çalışdığı bir vaxtda bu məhsulun qiyməti vergi tətbiq edilmədən belə artır.Bu da birinci qrupun öz qərarlarında nə qədər “doğru”, nə qədər “müdrik” və “ehtiyatlı” olduğunu sübut etmiş olur… Birinci qrupla hər şey aydındır.Hər şeyə inanan insanlar fırıldağın qurbanı olur.Bəs nəyə görə ikinci qrupun,daha ağıllı şəxslərin davranışı son nəticədə birinci qrupdan heç nə ilə fərqlənmədi?
Bu suala cavab vermək üçün ağıllı bir insanın bu vəziyyətdə necə düşünəcəyini təhlil etmək lazımdır.O bilirdi ki,heç kim yeni vergi tətbiq etməyəcək və şəkər qiymətləri də artmalı deyil.Lakin o güman edirdi ki,mətbuatın bu yalanına inanan və mağazalara axışan insanlar olacaq.Belə olduqda isə qiymətlər istər-istəməz qalxacaq,fırıldağa aldananlar daha ucuz qiymətə şəkər alacaq. Bundan sonra qiymətlər qalxdıqda isə ağıllı şəxs məcbur olaraq iki qat məbləğ ödəməli olacaq!
Bir çox sosioloji dərsliklərdə yer almış bu klassik manipulyasiya üsulu sübut edir ki,heç bir xüsusi güc tətbiq etmədən belə kütləni idarə etmək mümkündür.İnsan öz iradəsi ilə hərəkət etdiyindən əmindir.Lakin o kənar qüvvələr tərəfindən idarə olunduğunun və istənilən istiqamətə yönləndirildiyinin fərqində belə deyil.

 
Korrektə etdi:Günel İbadova
 
 

ŞƏRH YAZIN