Şirkətlərin, Yanliş İdarə Edilməsi Və Bundan Xilas Olmağin Yollari

0
1990
Şirkətlərin, Yanliş İdarə Edilməsi Və  Bundan Xilas Olmağin Yollari

Şirkətlər yanlış üsullar ilə idarə etmədən xilas olmaq üçün nələr etməlidirlər?

Birinci növbədə öz-özlərinə çoxlu suallar verməlidirlər. Məsələn, qəzetlərin niyə bu qədər böyuk kağızlarda çap olduğunu, ya da niyə hər mehmanxanada sadəcə bir resepşın olduğunu düşündünüzmü?

Bu sualları o sahələrdə işləyən insanlardan soruşsanız cavabları “biz hər zaman bu qaydada işləmişik olacaq”. Pis Vərdişlərdən Xilas olmaq: “İşinizi Təkrar canlandırın” (Breaking Bad Habits: Reinvigorate Your Business) adlı kitabında Freek Vermeulen, şirkətlərə zərər verən vərdişlərin əksər hallarda səbəbi araşdırılmadan sadəcə kopyalama nəticəsində yarandığını izah edir və bu "pis vərdişlərdən” xilas olmağın üsullarını təqdim edir.

1.Nümunə götürmək bir nəticə vermirsə imtina edin!

Nə etdiyimizdən əmin olmadığımız vaxtlarda başqalarının etdiklərini təkrarlayaraq yaxşı bir nəticə əldə etməyə çalışarıq. Başqalarının etdikləri bizim üçün doğru yol olmaya bilər. Ehtiyatlı olun!

2.Digər firmaların tətbiq etdikləri üsulları TƏRSİNƏ çevirin!

Rəqiblərinizin tətbiq etdiyi metodları tapın, məsələn, böyük kağızda qəzet çapı kimi. Gerçək səbəbini düşünün, əgər səbəbini tapa bilmirsizsə tərsini edin.

3.Pillə-pillə irəli gedin!

Bir çox şeyi eyni vaxtda dəyişdirsəniz, dəyişikliyə səbəb olan şeyi görməyə bilərsiniz. Buna görədə addım-addım gedin.

4.Çətinliyə düşən firmaların səhvlərini müşahidə edin!

Metodlarınızdan və strategialarınızdan əmin olamadığınız halda, bu metodları sınayab uğursuz olan firmaları müşahidə edin. Səhvlərinizdən öyrənməyə çalışın.

5.İşçilərdən niyə belə etdiklərini soruşun.

Qaneedici səbəb eşitməsəniz deməli dəyişim üçün  hazırsınız.

6.Yeni şeylər yaradın!

Faydasız metodların tədbiqini dayandıraraq, yeni metodlar yarada bilərsiniz.

7.Boşluqları görün.

Sahənizdə tətbiq olunan hər üsul, yəqin ki, bazarın müəyyən hissəsi üçün yaxşıdır. Bu üsullar, ehtimal ki, müəyyən seqmentlər üçün işləmir. Bu boşluqlardan istifadə edərək inkişaf edə bilərsiniz.

8.Boş işlərlə məşğul olmaqdan əl çəkin.

İnnovasiya bəzən pis bir metoddan imtina  etmək qədər asandır. Müştərilərinizin çox da maraq dairəsində olmayan xidmətləri dayandıraraq onların daha həssas olduqları mövzularla maraqlana bilərsiniz.

ŞƏRH YAZIN