Vicdan Toxumu

0
3894
 Vicdan Toxumu

Uğurlu bir iş adamı artıq qocalmışdı və o bilirdi ki,biznesin işlərini təhvil vermək üçün bir davamçı seçmək vaxtıdır.O,direktorlardan,işçilərdən birini seçmək əvəzinə daha fərqli bir şey etmək qərarına gəldi.O,şirkətdə işləyən bütün gənc məsul şəxsləri yanına çağırdı.

O dedi:”Artıq mənim işdən istefa vermək və yeni bir direktor seçmək vaxtımdır.Mən sizlərdən birini seçmək qərarına gəlmişəm”.
 
Gənc məsul şəxslər buna çox təəccübləndilər və adam sözünə davam etdi.”Mən bu gün sizin hər birinizə bir toxum verəcəm –xüsusi bir toxum.Mən istərdim ki,siz onu əkəsiniz,onu suluyasız və bir ildən sonra o toxumdan nə cücərsə onunla birlikdə mənim qəbuluma gələsiz.Mən onda o bitkiyə görə fikirləşəcəm və sizlərdən birini davamçım olaraq seçəcəm”.
 
İşçilərin arasında Cim adlı biri vardı,o da digərləri kimi toxumu götürdü.O toxumu evə gətirdi və baş verənləri arvadına həyacanla danışdı.Arvadı ona bir qab,gübrə,torpaq verdi və toxumu əkməyə kömək etdi.
Hər gün Cim onu sulayırdı və toxum cücərməsini gözləyirdi.Üçhəftə sonra digər işçilər danışmağa başladılar ki,onların toxumu artıq cücərməyə başlayıb.Cim də öz toxumuna qulluq etməyə davam edirdi,ancaq heç nə cücərmirdi.3həftə,4həftə,5həftə keçir ancaq heç nə olmurdu.İndi başqa işçilər  öz bitkiləri haqqında danışanda Cimin heç biri şeyi yox idi və o özünü çox pis hiss edirdi.
6 ay da keçdi-Cimin dibçəyində heç nə yox idi.O yalnız elə bilirdi ki,o toxumu məhv edib.Hərkəsin artıq ağacı ya böyük bir bitkisi var –ancaq onun heç nəyi.Cim bu haqda öz həmkarlarına heç nə demirdi.O,yalnız toxumunu sulayır,torpağı gübrələyirdi.İstədiyi yeganə şey toxumunun cücərməsi idi.
 
Bir ildən sonra bütün işçilər dibçəklərində  ağac,hər hansı bitki ilə şirkətə davamçı seçilmək uğrunda mübarizə üçün gəldilər.
Cim arvadına dedi ki,o belə boş dibçəklə getmək istəmir.Ancaq arvadı ona baş verənlə bağlı vicdanlı olmağı dedi.Cim bu vəziyyətdə özünü çox pis hiss edirdi.O,həyatında bu vaxta kimi olmayan ən utandırıcı bir məqam idi.Ancaq bilirdi ki,arvadı haqlıdır.O boş dibçəyini götürdü və iş yerinə getdi və digər işçilərin müxtəlif formalı bitkilərini görüb çox təəccübləndi-hamısı qəşəng idi.Cim dibçəyini döşəmənin üstünə qoydu.Həmkarlarından bəziləri ona güldü,bəziləri isə təəssüfləndi.
 
Direktor gəldi,otağı gözdən keçirtdi və gənc işçilərini salamladı.Cim arxada gizlənməyə çalışırdı.”Necə də gözəl ağaclar,bitkilər və güllər yetişdiribsiz”-direktor dedi.”Bu gün sizlərdən biriniz mənim səlahiyyətlərimi icra etmək ücün direktor seçiləcəksiniz”.
 
Qəflətən direktor arxada Cimi onun boş dibçəyi ilə gördü.O,maliyyə direktorundan onu qabağa gətirməyini xahiş etdi.Cim qorxudan əsirdi.O fikirləşirdi ki,”Artıq müdir bilir ki,mən bacarmadım.Ola bilsin o məni işdən də çıxaracaq”.Cim önə çıxanda direktor ondan toxumu ilə nə olduğunu soruşdu.Cim ona hər şeyi danışdı.Sonra direktor Cimdən başqa hər kəsin oturmağını xahiş etdi.O,Cimə baxdı və gənc işçilərinə elan etdi”Baxın sizin növbəti direktorunuz seçildi.Onun adı Cimdir”.Cim buna inana bilmirdi.Cimin heç toxumu da cücərməmişdi.
 
“O necə direktor ola bilər?”digərləri soruşdu.Onda müdir dedi:”Bir il əvvəl bu otaqda mən hər birinizə bir toxum verdim.Mən sizə dedim ki,onu götürün,əkin,sulayın və bir ilədən sonra bu günkü günü mənə gətirin.Ancaq mən sizin hamınıza bişmiş toxum vermişdim.Onlar yararsız halda idilər və onların cücərməsi qeyri-mümkün idi.Sizin hər biriniz Cimdən başqa mənə müxtəlif bitki,güllər gətiribsiz.Siz biləndə ki,toxum cücərməyəcək, siz  mənim sizə verdiyim tozumu başqa biri ilə əvəz etdiniz.Yalnız Cim dibçəkdə mənim ona verdiyim toxumla gəldi cəsarətlə və vicdanla.Ona görə də o sizin yeni direktorunuzdu”.
 
Əgər sən vicdan əkirsənsə,sən inam biçəcəksən.
Əgər sən xeyirxahlıq əkirsənsə, sən yaxşı dostlar biçəcəksən.
Əgər sən insanlıq əkirsənsə,sən dahilik biçəcəksən.
Əgər sən dəyanət əkirsənsə,sən məmnuniyyət biçəcəksən.
Əgər sən əzmli iş əkirsənsə,sən uğur biçəcəksən.
Əgər sən bağışlanma əkirsənsə,sən barışıq biçəcəksən.
Əgər sən Allaha inam əkirsənsə,sən onun bəhrəsini biçəcəksən.
Ona görə də indi nə əkməyində diqqətli olun.Xüsusən də o sənin gələcəkdə nə biçməyini müəyyən edirsə.
Sən həyata nə verirsənsə ver,həyat onu sənə geri qaytaracaq.
 
Tərcümə etdi:Ülviyyə Saıahova 

ŞƏRH YAZIN