Əməyin Qiymətləndirilməsi

0
9153
 Əməyin Qiymətləndirilməsi

Gənc çox yüksək təhsilli bir şəxs şirkətə menecer vəzifəsində işləmək üçün müraciət edir.O,birinci müsahibədən keçmişdi,indi direktor onu qərarını tam vermək üçün ikinci dəfə müsahibəyə dəvət  edir.Direktor onun CV-sini araşdırankən onun çox yüksək nəaliyyətlər əldə etdiyini və heç bir ilinin uğursuz keçmədiyini görür.
Direktor soruşdu: - Sən məktəbdə oxuyanda təqaüd alırdın?
Gənc cavab verdi: -Xeyr.
Direktor soruşdu: - Atan məktəb xərcini necə ödəyirdi?
Gənc cavab verdi: -Mənim atam mənim bir yaşım olanda rəhmətə gedib və məktəb xərcimi də anam ödəyib.
Direktor soruşdu:- Anan harda işləyir?
Gənc cavab verdi:- Anam çamaşırxanada işləyir.
Direktor gəncdən əllərini ona göstərməsini xahiş etdi.Gənc bir əlini göstərdi,o çox hamar və incə idi.
Direktor soruşdu: - Nə vaxtsa əvvəllər anana paltar yumağa kömək edibsən?
Gənc cavab verdi: - Heç vaxt,o həmişə mənim daha savadlı olmağımı və çoxlu kitab oxumağımı istəyib.Əlavə olaraq da,mənim anam paltarları məndən daha tez yuyur.
Direktor dedi: - Səndən bir xahişim var.Bu gün evə qayıdanda get və ananın əllərini sən yu və sabah səhər məni gör.
Gənc bu işə düzəlməkdə özünün yüksək şansı olduğuna inanırdı.Evə gəlib çatan kimi anasından onun əlini yumaq üçün icazə istədi.Anası özünü çox qəribə , xoşbəxt hiss edirdi nə isə qarışıq hissləri vardı.O,əlini oğluna göstərdi.Gənc anasının əlini yavaşca yuyurdu.O bunu etdikcə göz yaşları axırdı.Birinci dəfə idi ki,o anasının əllərini bu qədər qırış içində olduğunu görürdü,həmçinin əlində əziklər  də  da vardı.Bəzi əziklər çox ağrılı idi və toxunduqca anası ağrıdan əsirdi.
O birinci dəfə idi ki,anladı ki,bu ağrılı əllər onun məktəb xərcini ödəmək üçün hər gün paltar yumaqdandı.Anasının əllərindəki əziklər onu təhsili ,akademik göstəriciləri və gələcəyi üçün ödədiyi pulun qiymətidir.anasının əllərini yuduqdan sonra ,gənc qalan bütün paltarları da özü yudu.Həmin gecə ana və oğlu xeyli söhbət etdilər.Səhəri günü gənc direktorun ofisinə gəldi.
Direktor gəncin gözlərində yaşı görüb soruşdu: - Mənə deyə bilərsənmi dünən evdə sən nə etdin və bundan nə öyrəndin?Gənc cavab verdi: - Mən anamın əllərini yudum və yerdə qalan bütün paltarları da yuyub qurtardım.
Direktor dedi: - Zəhmət olmasa mənə nə hiss etdiklərini danış.
Gənc dedi: 1)Mən indi bildim dəyər vermək nədi.Mənim anam olmasaydı mən də bu qədər uğur qazanmazdım.2)Anamla birlikdə işlədikcə və ona kömək etdikcə indi dərk edirəm ki,nəyisə elətdirmək necə çətin və ağırdı.3)Mən ailə münasibətlərini daha da qiymətləndirmək və dəyərləndirmək fikrinə gəldim.
Direktor dedi: - Bax budur,mənim menecerdə axtardığım şey.Mən bunu belə komplekləşdirmək istəyirəm digərlərinin köməyini qiymətləndirən insan,digərlərinə nəyisə elətdirməyin əziyyətini  bilən insan və həyatda pulu məqsədinə görə xərcləməyən insan.Sən işə götürüldün”.Bundan sonra gənc daha da səylə çalışdı və digərlərinin hörmətini qazandı.Hər işçi həvəslə və komanda şəkilində işləyirdi.Şirkətin nüfuzu daha da inanılmaz dərəcədə artdı.
 
Nəticə :Çətinliyi başa düşməyən və bununla heç bir təcrübəsi olmayan biri onları qiymətləndirməkdən daha çox ,sevildikləri adamlara  rahatlıq qazandıracaqlar .Ən vacib şey çətinlikdən təcrübə qazanmaqdır.Onda sən bütün rahat həyatın arxasındaki çətinliyi görə biləcəkəsən.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN