UĞURLU BİR IŞ QADINI OLMAĞIN YOLLARI

0
793
UĞURLU BİR IŞ QADINI OLMAĞIN YOLLARI

Uğurlu iş qadını necə olunur? 

1.Həyatdakı ən çox istədiyiniz şeyi  tapın və onun ardınca gedin.
 
Yüksəlmək üçün gördüyünüz işi sevməlisiniz. Bu barədə düşünün. Gördüyünüz iş sizi həyəcanlandırdığı və sizə enerji verdiyi zaman motivasiyanız da artır. 
Müvəffəqiyyətə gedən yol uzundur və özünə məxsus eniş və yoxuşları var. Sizi həyəcanlandıran bir iş görmək, çətin zamanlarda güc verər yaxşı vaxtlarda isə özünüzü yaxşı hiss edərsiniz.
Əgər istəklərinizdən tam əmin deyilsinizsə, yaxşı  bir psixoloq və ya karyera koçu ilə danışa bilərsiniz. Bu, güclü və zəif tərəflərinizi müəyyənləşdirməyinizə və məqsədlərinizi daha aydın görməyinizə kömək edəcək. 
Unutmayın ki, hər insanın əvvəlcədən bir məqsədi olmalıdı deyə bir qayda yoxdur, yəni məqsədinizi təyin etmək vaxt ala bilər.
 
2.Planlı olun.
 
Müvəffəqiyyət uzunmüddətli planlaşdırma və gündəlik fəaliyyətin nəticəsidir. Planlı hərəkət etməyiniz, vaxtınıza nəzarət etməyə kömək edir. Nəticədə məqsədlərinizə çatmaq üçün lazım olan işlərinizi planlaya və vaxtında tamamlaya bilərsiniz.
Mühüm məsələlərə diqqət yetirin. Uzunmüddətli planlarınızı özünüzə xatırladın və lazım olanda məqsədlərinizi yenidən nəzərdən keçirin. 
İşlərinizi sıralamağı öyrənin. Gündəlik məqsədlərinizə qərar verin və bu məqsədlərə çatmaq üçün gündəlik planlar qurun.
İşlərinizi sırayla tamamlayın. Çoxlu işlər beyninizi qarışdıra bilər. E-poçtlara cavab verməyinizdən və ya sənədləri oxumağınızdan asılı olmayaraq, hər tapşırığa 100% diqqət yetirin. Bu, səhv etmə və ya nələrisə gözdən qaçırma hallarını azaldır. 
 
3.Şəbəkə qurun.
 
Şəbəkə qurmaq karyeranız üçün çox faydalıdır. Şəbəkə qurmaq, digər peşələrdə işləyən insanlarla möhkəm, qarşılıqlı, faydalı əlaqələr qurmaq deməkdir. Maraqlı karyera imkanları əldə etməyinizə, sizin sahə ilə əlaqəli olan yenilikləri öyrənməyinizə və qarşılaşdığınız problemlərə həll tapmağınıza komək edə bilər. 
Şəbəkə qurmaq ünsiyyət deməkdir, yəni telefon zəngləri etmək, məlumatlandırıcı danışıqlar aparmaq, məktublar yazmaq və ya saytlar vasitəsilə əlaqələr qurmaqdır.
İnsanları tanıdıqdan sonra bu kəslərlə ünsiyyət içərisində olmaq üçün əlaqə yaratmaq və bu əlaqəni inkişaf etdirməyə çalışmaq olduqca əhəmiyyətlidir. Gələcəkdə sizə necə köməyi toxuna bilər bilə-bilməzsiniz. 
Uğurlu bir şəbəkə qurmağın ən yaxşı yollarından biri məlumatlandırıcı danışıqlar aparmaqdır. Suallar soruşmaq, qiymətli məlumatlar almaq və iş əlaqələri qurmaq üçün həmkarlarınızla və ya digər peşə sahibləri ilə günorta yeməyinə çıxın və ya qəhvə için. Görüş bitdikdən sonra zaman ayırdıqları üçün onlara təşəkkür edin və əlaqədə qalmaq üçün vizit kartınızı və ya nömrənizi verin.
Bunu ağılınızdan çıxarmayın ki, nə qədər çox işlədiyinizin bir əhəmiyyəti yoxdur. Qarşınıza bir fürsət çıxan kimi onu dəyərləndirməyiniz lazımdır. Qurduğunuz əlaqələr siz və karyeranız üçün bir çox imkanlar və fürsətlər təqdim edəcək. 
 
4.Yaradıcı olun.
 
Yaradıcılıq iş dünyasında ən çox istifadə edilən sözlərdən biridir. İşçilərdən yaradıcı düşünmələri və yaradıcı həllər tapmaları istənilir. Yaxşı, həqiqi mənada yaradıcı olmaq nə deməkdir? Yaradıcılıq beynin sağ tərəfindəki təxəyyül və intuisiya qabiliyyətiylə beynin sol tərəfindəki ağıl, strategiya, düşüncə və analiz qabiliyyətinin birləşdirilməsidir. 
İş yerində bir problemlə qarşılaşdığınızda, bir kağız götürün və mümkün həllər barədə düşünməyə başlayın. Ağlınıza gələn bütün həlləri bu kağıza yazın. Müstəqil düşünün və beyninizi boşaltmağa çalışın. Yaradıcı düşüncə üçün qəliblərin xaricinə çıxmanız lazımdır.
İş yerində daha əyləncəli olun. Yaradıcı düşüncəni canlandırmaq üçün oyuncaqlardan və ya əşyalardan istifadə edin. Yaradıcı düşünmək üçün adətlərinizdən uzaqlaşın. 
 
5.Yaxşı təhsil alın.
 
Yaxış universitetdə təhsil almağınız iş həyatınızda əhəmiyyətli rol oynayar. Yaxşı təhsili almaq müxtəlif vəzifələri bacarmaq üçün məlumatlar, fikirlər, nəzəriyyələr və düsturlar öyrənə biləcəyinizi və tədbiq edə biləcəyinizi göstərir. 
Yaxşı bir universitetə getmək həm lazımlı məlumat və bacarıqları qazanmağınıza həm də iş bazarındakı ən yaxşı iş mövqeləri üçün mübarizə aparmağınıza imkan verir. Bəzi vəzifələrə yalnız ən yaxşı universitetlərin məzunları qəbul olunur. 
 
6.Öyrənməyə həvəsli olun.
 
Hər şeyi bilmədiyinizi qəbul etməkdən qorxmayın. Bacarıqlarınıza güvənsəniz də hər zaman bacarıqlarınızı inkişaf etdirmənin yollarını axtarmalısınız. Ətrafınızdakı insanlardan mümkün qədər çox şey öyrənin, təcrübənizi artırmaq üçün kitablar oxuyun və ünsiyyət bacarıqlarınızı və ya qərar vermə qabiliyyətinizi artırmaq üçün çalışmalara qoşulun. Bir müəllim tapın. Ticarəti bilən insanlar, sizdən daha təcrübəli olduqları üçün, sizə məsləhət verə bilər və uğurlu olmanıza kömək edərlər. 
 
7.Həvəsli işçi olun.
 
Qarşınıza çıxan fürsətlər, nə qədər təcrübəli olduğunuz və ya təhsilinizin nə qədər yaxşı olduğu bir tərəfə, müvəffəqiyyətin bir nömrəli açarı çox çalışmaqdır. Uzun saatlar işdə keçirməsəniz və fədakarlıq etməsəniz hədəflərinizə çata bilməzsiniz. 
Fikrinizi yayındıran şeylərdən çalışın uzaq olasız. Əlbətdə ki, özünüzə vaxt ayırmağınız lazımdır, lakin işinizi görəndə 100% fikrinizi ona cəmləməlisiniz. 
Ətrafınızda motivasiyası yüksək və uğurlu insanlar olsun. Həm fikir olduğunuz insanlarla əhatə olmanız sizə stimul verər və motivasiyanızı artırar. 
 
8.İnadçı olun.
 
Müvəffəqiyyətli olmaq istəyirsinizsə qərarlı olmanız lazımdır. İşləriniz uğursuz alınsa belə yenidən cəhd etməlisiniz. Uğur asan əldə edilmir, uyğunlaşma və sabitlik tələb edir.
Uğursuzluqdan qorxmayın, səhvlərinizdən dərs çıxardaraq özünüzü təkmilləşdirin. 
Motivasiyanızın zəiflədiyi anlarda, bu vaxta kimi nələr etdiyinizi xatırlayın.
 
9.Cəsarətli olun.
 
Müvəffəqiyyətli bir iş qadını olmaq risklər almaq və qorxusuz olmaq deməkdir. Hər bir uğurunuz özünüzə olan inamınızı artıracaq və daha çoxunu bacarmanız üçün sizi cəsarətləndirəcək. Bəzi şeylər planlaşdırdığınız kimi alınmasa da bu dünyanın sonu deyil, çünki bir sonrakı dəfə daha yaxşısını edəcəksiniz. Güclü, özünə güvənən və cəsarətli olun.
 

 

ŞƏRH YAZIN