Ülvi Əlimərdanov : Nlp Ən Sürətli Dəyişim Texnikasıdır.

0
2059
Ülvi Əlimərdanov : Nlp Ən Sürətli Dəyişim Texnikasıdır.

Ülvi bəy Azərbaycanın ən gənc NLP Masteri kimi  bu təlimlər barədə nə deyə bilərsiniz ?

- NLP- nin dəyişim texnikası olmağından əlavə demək istərdimki ən sürətli dəyişim texnikasıdır. Artıq 1 ay təlimi keçdikdən sonra insanın həyata baxışının dəyişdiyini fərq edə bilir. 6-7 aydan sonra ətrafdakılar da bunu aydın görür.

Gündəlik həyatınızda NLP-dən istifadə etmək sizə nə verir?

 - NLP şəxsi həyatda hər zaman köməyimə çatır. Artıq probləmlərin içinə girmək yerinə problemlərın strukturunu görmək və onları asanlıqla həll eləmək insana inanılmaz dərəcədə rahatlıq verir.

NLP Master olduqdan sonra  nələri fərq etdiniz?

- Bu günə qədər olan düşüncələrimin əslində həyatıma sərhədlər qoyduğunu

Ülvi bəy NLP texnikaları  vasitəsi ilə həyatınızda nələri dəyişə bildiniz?

 - Məhdudlaşdırıcı inanclarımı, fobiyalarımı, bəyənmədiyim davranışlarımı, ünsiyyətimi, insanlarnan münasibətimi və s. 

Tələmçi Babək Bayramov haqqında nə düşünürsünüz?

 - Babək Bayramov hər zaman öz tələbələrini yetişdirməyə çalışan bir müəllimdir. Nadir müəllimlərdəndir ki tələbələrin rəqib kimi görmür və tələbələrinin uğuru onda hər zaman fəxr hissi oyadır

Gənc NLP Master olaraq  öz təcrübələrinizə əsaslanaraq indiki  gənclərə  nə tövsiyyə edərdiniz?

- Öz təcrübələrimə əsaslanaraq məhdudlaşdırıcı inanclardan uzaqlaşmağı, mən bacarmaram kimi düşüncələrdən uzaqlaşmağı və heç bir zaman öyrənməkdən yorulmamağı hər bir oxucumuza tövsıyyə edirəm.

ŞƏRH YAZIN