Dünyanın ən bahalı brendi hansıdır?

0
1913
Dünyanın ən bahalı brendi hansıdır?

Əqli mülkiyyətin qiymətləndirilməsi üzrə ixtisaslaşmış beynəlxalq «Interbrand» konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin yeni reytinqini dərc edib. «Best Global Brands» adlı reytinq 16-cı dəfə tərtib edilir. 2013-2014-cü illərdə «Apple» brendi birinci pilləni tutub. Cari ildə adıçəkilən şirkət, həmçinin birinci pillədə qərarlaşıb.

Beləliklə, üçüncü il ardıcıl «Apple» ən bahalı brend seçilib və dəyəri 170,3 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 43 faiz daha yüksəkdir. Dəyəri 120,3 milyard dollar təşkil edən «Google» şirkəti ikinci pillədə qərarlaşıb. 2012-ci ilədək «Coca-Cola» sözügedən reytinqdə lider olub.

78,4 milyard dollar məbləğində göstəriciyə malik «Coca-Cola» reytinqdə üçüncü pilləni tutub. Ötən illə müqayisədə ilk beşlikdə yalnız bir dəyişiklik baş verib: «IBM» korporasiyasını geridə qoymuş «Microsoft» dördüncü pilləyə yüksəlib. «Interbrand» şirkətinin qiymətləndirməsinə əsasən, 2014-cü illə müqayisədə «Microsoft» brendinin dəyəri 11 faiz yüksəlib, amma «IBM»-də 10 faiz azalıb.

«Best Global Brands 2015» reytinqində, həmçinin aşağıdakı İT şirkətləri yer alıb: «Samsung» (7-ci pillə, 45,3 milyard dollar), «Intel» (14-cü pillə, 35,4 milyard dollar), «Cisco» (15-ci pillə, 29,9 milyard dollar), «Oracle» (16-cı pillə, 27,3 milyard dollar), «HP» (18-ci pillə, 23,1 milyard dollar), «SAP» (26-cı pillə, 18,8 milyard dollar), «Adobe» (68-ci pillə, 6,3 milyard dollar) və «Huawei» (88-ci pillə, 4,95 milyard dollar).

Çinin «Lenova» şirkəti (100-cü pillə, 4,1 milyard dollar) ilk dəfə reytinqə daxil edilib. «PayPal» ödəmə sistemi 97-сi pillədə qərarlaşıb.

«Facebook» sosial şəbəkəsi ən yüksək artım tempi nümayiş etdirib. Belə ki, bu brendin dəyəri 54 faiz yüksəlib və reytinqdə 23-cü pillədə qərarlaşıb.


 
 

ŞƏRH YAZIN