Ayaq Uyduraraq İstədiyiniz Nəticəni Əldə Edin!

0
2805
Ayaq Uyduraraq İstədiyiniz Nəticəni Əldə Edin!

 Səs küy qaldıraraq danışan hirsli bir insanı sakitləşdirməyə çalışdığınızı düşünün. Aranızda bir uyğunlaşma yaratmaq üçün böyük ehtimalla, siz də onun danışıq tempinə ayaq uydurmağa başlayar və beləcə "onun kimi olaraq" bir empatiya nümayiş etdirərsiniz. Bu tip insanlarla alçaq və yavaş bir səs tonuyla "yola getmək" mümkün deyil. Çünki insanlar özlərini kədərli və ya əsəbi hiss etdikləri zaman fərqli bir əhvalda və fərqli bir ünsiyyət durumunda olan bir insanla əlaqə qura bilməzlər. Ancaq, siz danışıq tempinizi yavaş-yavaş normallaşdırar və səsinizi də alçaltsanız, o insan da fərqində olmadan sakitləşməyə başlayar və nəticədə normal bir vəziyyətə dönərək sizinlə eyni əhvalda olarlar. Siz səsinizi alçaldıb hərəkətlərinizi azaltdıqca, onlar da sizin bədən dilinizə uyğunlaşar və çox keçmədən daha ağıllı düşünmələrini təmin edəcək ağıllı davranışlar sərgiləyərlər. Beləliklə, siz onun sağlam düşünə bilməsini təmin edəcək və istədiyiniz mövzuda onu ünsiyyətə cəlb edə biləcəksiniz. Hal-hazırda bu sizə xəyal kimi görünə bilər, halbuki irəlidə həqiqətən işə yaradığına şəxsən şahid olacaqsınız.


NLP-nin bu texnikasını hələ yoxlamamısınızsa, o zaman elə bu dəqiqə təcrübədən keçirin. Bir insanın duyğusal vəziyyətini dəyişdirməyiniz ya da söylədiyiniz şeyləri qəbul edəcək bir durum seçin. Belə durumlarda vəziyyəti düzəltmək məqsədiylə "ortaya atılmış" kimi görünməməli və qarşınızdakının bir sonrakı mərhələyə keçmədən əvvəl kiçik bir hərəkəti aynalamasına qədər gözləməlisiniz. NLP-nin bu texnikası ayaq uydurma və liderlik etmə adlanır. "Təbii ünsiyyətçilər" gözüylə baxdığımız bir çox insan bunu davamlı olaraq və qeyri-şüuri bir şəkildə edir. Siz də hər hansı bir insanla olan əlaqənizdə bu texnikadan təsirli şəkildə istifadə edə bilərsiniz.

ŞƏRH YAZIN