Təmsil Sistemlərimizə Səyahət ..!

0
1897
Təmsil Sistemlərimizə Səyahət ..!

Təmsil sistemləri zehnimizdə dünyanı hansı duyğumuzla qavradığımızı nəzərdə tutur. 5 duyğumuzla düşünürük. Qoxu və dad bilmə kiçik yaşlarda silinir. Amma görüntülər, səslər, duyğular bizimlə qalır. NLP-də görüntülərlə düşünənlərə vizual, səslərlə düşünənlərə audial, duyğularla düşünənlərə kinestetik deyilir.

İnsanların təxminən75% -i hər üçü ilə də düşünür. Amma biri daha güclüdür, yəni hakimdir. 20-25% -lik qisimdə yalnız bir təmsil sistemi vardır. Yəni, məsələn, o insan kinestetikdirsə, zehnində görüntü meydana gətirə bilməz.

Vizual insanlar zehinlərində görüntülərlə düşünürlər. Keçmiş görüntüləri rahat xatırlaya bildikləri kimi, zehinlərində də xəyallar qura bilərlər. Yaradıcı insanlar (bəstəkarlar istisna olmaqla) bu qrupa aiddirlər. Zehinlərində görüntülər sürətlə axıb gedir və onlara çatmaq üçün tez-tez, sürətli danışırlar. Vizual şeylərdən zövq alırlar. Kino, TV, cizgi film, kitab oxumaq, şəkillər onların ortaq xüsusiyyətləridir. Tanış olduqları insanların üzlərini asan xatırlayarlar. (Adlarla araları pisdir.) Bir şey izah edərkən sxemlər çəkər ya da xəritə üzərindən danışarlar. Duyğularını üz ifadələri ilə bəlli edərlər. İnsanlarla danışarkən gözlə əlaqə qurmağı sevərlər və telefon yerinə üz-üzə görüşü seçərlər. Bu insanlar görüntülərlə düşünə bildikləri üçün, gələcəyi də zehinlərində daha asan canlandırırlar.

İş həyatında sahibkarlar, siyasətdə və hər mövzuda liderlər də bu qrupa aiddirlər. Onların beyni həmişə gələcəkdə ola biləcək fürsətlər və problemlər üzərində köklənər. Hadisələri bir bütün olaraq gördükləri üçün önəmli münasibətlərə və əlaqələrə əhəmiyyət verirlər. Buna görə problemlərin səbəblərini çox sürətli aşkar edərlər və çox sürətli də qərar alırlar. Zehinlerindeki xəyallar onları həmişə bir istiqamətə aparır. Bu səbəblə arxasında bir audial yoxdursa, sürətli hərəkət etdiklərinə görə səhvlər edə bilərlər. Fikir irəli sürməkdənsə, birbaşa o fikri həyata keçirməyə üstünlük verirlər.

Audial insanlar musiqi, radio dinləməyi, uzun söhbətləri və fikir mübadilələrini sevərlər. İnsanların adlarını asanlıqla xatırlayarlar. Bəzilərinə bir şey izah edərkən şəkil çəkmək və ya göstərmək yerinə ətraflı şəkildə başa salarlar. Duyğularını səs tonlarındakı dəyişikliklərlə bəlli edərlər. Yaxşı hekayə, lətifə, əfsanə, məsəllər və s. danışar və bunları xatırlayarlar. Səsləri yaxşıdırsa, hətta mahnı da oxuyarlar (bəzən pis olanlar da). Danışma sürətləri normaldır. İnsanlarla dialoqdan xoşlanarlar. Tək qaldıqları zaman, daxilləri ilə dialoqlar edərlər. İşləri telefonda həll etməyi sevərlər.

İş həyatında və rəhbərlikdə yaxşı idarəçilər bu qrupa aiddir. Çünki öz daxili dialoqları adətən, onları səhvlərə qarşı xəbərdar edər. Bu səbəblə də, proqramlı düşünər, sistemin axsamaması üçün davamlı təqib edərlər. Detallarla çox məşğul olarlar. Bu səbəblə çox vaxt bütünü görə bilməzlər. Audial insanların beyinləri zamanı kodlayarkən daha çox yükü keçmişə verir. Bu səbəblə keçmiş səhvlərə təkrar düşməmək üçün hər zaman tətikdədirlər. Əksəriyyəti, qorxaq olur. "Amandır, səhv olmasın" onların fəlsəfəsidir. Beləliklə də, qarşımıza vasvası və həmçinin, təmkinli bir idarəçi tipi çıxar. Amma bu kəslər gələcək viziona (gələcək barədə düşüncələr) sahib olmadıqları üçün, yalnız hazır qurulan təşkilatı yaxşı idarə edirlər.

Kinestetik insanlar aktiv olmağı sevərlər. İdmançılar, evdar qadınlar, sadə işçilər, əl işi görənlər və sənətçilərin çoxu bu qrupdandır. Rəqs etməyi, oynamağı, uzun gəzintilərə çıxmağı sevərlər. Adları və üzləri deyil, hadisələri və duyğuları xatırlayarlar. Duyğularını bədən diliylə bəlli edərlər. Əlləri qolları həmişə hərəkət edər. İşləri addım-addım edərlər və ən yaxşı edərək öyrənərlər. Duyğunu hiss etmək vaxt apardığına görə, yavaş danışarlar. İnsanlarla əlaqə qurarkən qucaqlaşmağı, əl sıxışmağı, çiyinə vurmağı və s. sevərlər.

Texniki işçilər, sənətkarlar və sənətçilər bu qrupdan çıxar. Bu kəslər bu anı yaşayarlar. Etdikləri işi ehtirasla edərlər amma işlərinə müdaxilə edilməsini sevməzlər. Duyğuları ilə işi çox zaman qarışdırarlar. Bu kəslər üçün iş yerində əlaqələr çox önəmlidir. Keçmişdəki problemlərdən dərs almaq və ya gələcəkdə olacaq dəyişikliklər onları çox maraqlandırmaz. Bədənləri ilə işləməyi sevərlər.

Bir-birləri ilə əlaqələri: Bu üç qruplaşdırılma da ümumidir. Yəni, liderin də, idarəçinin də, texnikin də yaxşısı, ortası, pisi vardır. Təyin edici olan liderdir. Nümunə göstərmək lazım olsa, lider (vizual) nərdivanın hansı divara qoyulması lazım olduğuna qərar verər. Divar səhvdirsə, onsuz da digərlərinin etdikləri hər şey boşuna olacaq. İdarəçi (audial) hansı nərdivanın ən ucuza, ən sağlam, ən tez əldə ediləcəyinə və boyunun çatıb çatmayacağına baş yorar. Texniki işçi isə, (kinestetik) o nərdivanı ən sürətli oraya gətirmək və onu ən sürətli çıxmaqda məsuldur.

Texniki işçinin gücü fiziki olaraq, edə biləcəyi işin miqdarına, idarəçinin gücü idarə edə biləcəyi texniki rəqəmlərə və liderin gücü isə, məqsədinə cəlb edəcəyi idarəçi sayına görə müəyyən edilir.

ŞƏRH YAZIN