Əhval-Ruhiyyəniz Necədir?

0
2130
Əhval-Ruhiyyəniz Necədir?

 Özümüzü necə hiss ediriksə edək, necə bir vəziyyətdə oluruqsa olaq, əldə etmək istədiyimiz şeyə çatmaq üçün əlimizdən gələnin ən yaxşısını edərik. Belə düşünmək, daim hədəfə istiqamətli olaraq düşünməkdir və mənəvi halımız bizə maneə yaratsa belə hələ də müvəffəqiyyətə çatmaq istədiyimizi göstərir. Olduqca bacarıqsız və gücsüz bir vəziyyətdə olduğumuza görə, istədiyimiz nəticələrə nail olmaya bilərik. Bu vəziyyət hər hansı bir zamanda beynimizdə reallaşan milyonlarla neyro bioloji prosesin cəmi olaraq təyin oluna bilər. Buna təcrübələrimiz də deyə bilərik. Bu vəziyyətlərin çoxu biz onların şüurunda olmadan reallaşar. Bədbəxt, qısqanc ya da kədərli olmağa bir telefon danışığı edəcəyimiz ya da bir müştəriyə endirim edəcəyimiz anlarda olduğu kimi şüurlu bir şəkildə qərar vermərik. Ancaq beynimizin kimyasının dəyişməsiylə yanaşı, digər fizioloji proseslərimiz də dəyişər. Bu səbəbdən bir vəziyyətdən başqa bir vəziyyətə keçərik. Daima bir vəziyyətdə olarıq və bu vəziyyət də davranışlarımıza hər zaman təsir edər.


İçində olduğunuz vəziyyətlə bağlı düşünməyi bir kənara buraxmaq, vəziyyəti dəyişmək və bir "daxili dialoq"a girmək hiss etdiyiniz şeyləri bir anda dəyişdirə bilər. Tutaq ki, əsəbisiniz. Beyninizə gedən mesaj böyük ehtimalla, sizin müqəddəs saydığınız bəzi qayda və ya dəyərlərin başqa birisi tərəfindən çeynəndiyini göstərəcək. NLP-nin ilk qanunlarından biri olan hər birimizin dünya xəritələrinin bir-birindən çox fərqli olduğu gerçəyini bilsək, zaman zaman belə bir vəziyyətlə qarşılaşa biləcəyimizi də ağlımızda tutmalıyıq. Hər birimiz fərqli ətraf mühitin və təcrübələrin məhsuluyuq. Fərqli məqsədlərimiz var və bunları reallaşdırmağın yollarını axtararkən fərqli niyyətlər daşıyırıq. Bəlkə insanların bilmədən etdiyi şeylər sizin əsəbləşməyinizə səbəb olur. Bəlkə də əsəbiliyiniz öz qayda və dəyərlərinizi başqa insanlara söykəmə seçiminizdən qaynaqlanır. Bəlkə də təyin etdiyiniz dəyərləri çeynədiyinizə ya da standartları itirdiyinizə görə, özünüzə əsəbisiniz. (Bu "qaydaları" təyin etdikdən sonra onlara meydan oxuma azadlığına də qovuşacaqsınız.)

Yaşanan xəyal qırıqlığı bağlanan ümidlərin boşa çıxması və ya əldə olunması gözlənilən hədəflərin əldə olunmamasından qaynaqlana bilər. Bəzən də hədəfin özü uyğun deyil və ya pis təyin olunmuşdur. NLP ilə hədəfinizi aydınlaşdıraraq bu cür xəyal qırıqlığlarının qarşısını ala bilərsiniz. "Müvəffəqiyyətsizlik yoxdur, sadəcə nəticələr vardır" prinsipi hər şeyə fərqli bir işıq altında baxmağınızı təmin edəcək. Bu xəyal qırıqlığından necə bir dərs çıxara bilərsiniz? Bəlkə başqa bir baxış bucağı əldə edəcəksiniz ya da bu təcrübədən daha çox tətbiq oluna bilən bir hədəf ortaya çıxacaq. Yaşanan vəziyyətin bir resurs olduğunu unutmayın. Əsəbilik və ya xəyal qırıqlığı kimi duyğularda müsbət bir funksiya görə bilər, hansı duyğuların sizi yetkinləşdirib, hansı duyğuların zəiflətdiyinə özünüz qərar verə bilər və NLP texnikalarından istifadə edərək, özünüzə görə seçimlər edə bilərsiniz.

ŞƏRH YAZIN