Həyatınızı Öz Seçimlərinizə Görə Yaşayın!

0
3169
Həyatınızı Öz Seçimlərinizə Görə Yaşayın!

Digər bütün Koçluq vasitələri ilə müqayisədə, NLP ən çox varianta və ən təsirli həll strategiyalarına malikdir. NLP üsulunda "çarəsizlik" ya da "variantsızlıq" kimi anlayışlar yoxdur. Önəmli olan insanın hər şərtdə doğru bir həll yolu tapacağına inancıdır. Bu inanc var olduğu müddətcə insan nəyin necə ediləcəyini bilməsə belə, əvvəl-axır bir həll yolu tapacaq.

NLP və Həyat Koçluğu vasitələri arasında məşhur Ailə psixoloqu "Virciniya Satir"in bəzi meydan oxumaları "Satir Dəyərləri" adı altında özünə güclü  yer edib.

Virciniya Satirin sizə ilham verəcək meydan oxumalarına nəzər yetirin:

Etdiyim, söylədiyim, hiss etdiyim ya da düşündüyüm şeylər, başqa birisi tərəfindən təsdiqlənmədi deyə, özümü pis hiss etmək məcburiyyətində deyiləm!

Bəzən hirsli olmağa və bunu uyğun bir şəkildə insanlara hiss etdirməyə də haqqım var.

Sırf bir başqası istəyir deyə, onların qaydalarına boyun əymək məcburiyyətində deyiləm.

Hər zaman və hər yerdə, "Bilmirəm" deyə bilmə haqqına sahibəm.

Özümü günahlandırmağa ehtiyac qalmadan, "Xeyr" demə haqqına sahibəm.

Özümü bir axmaq kimi hiss etmədən, "Anlamadım" demə haqqına sahibəm.

"Xeyr" dediyim zaman, özümü pis hiss etmək, üzr istəmək ya da səbəblər tapmaq məcburiyyətində deyiləm.

Digərlərinin məndən istədiyi şeyləri uyğun bir dillə rədd etmək haqqına da sahibəm.

İnsanlar məndən istifadə etdikləri, aldatdıqları və ya məni əsəbiləşdirdikləri zaman bunu onlara söyləmə haqqına sahibəm.

Özümü heç bir şəkildə günahlandırmadan, insanların mənə yüklədikləri məsuliyyətləri geri çevirmə haqqına da sahibim.

İnsanları fikirlərimə inandırmaq məcburiyyətində deyiləm.

Səhv etmə, səhvlərimin məsuliyyətini alma haqqına sahibəm.
 
Əgər siz özünüzə yüksək standartlar təyin etməsəniz, öz həyatınızla bağlı bəzi qaydalar təyin etməsəniz, digər insanların sizin üçün təyin etdiyi qaydalara görə yaşamaq məcburiyyətində qalarsınız. Öz seçimlərinizə görə yaşadığınız bir həyat, yaşaya biləcəyiniz ən azad həyatdır. NLP bizə, öz seçimlərimizi etmə və öz həyatımızın məsuliyyətini alma gücünü verir. Amma o qaydaları təyin edəcək, o seçimləri edəcək və sonra da bunlara riayət edəcək insan isə, yalnız sizsiniz!
 

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

 

ŞƏRH YAZIN