Nlp Diplom Sertifikat Proqramı

0
10993
 Nlp Diplom Sertifikat Proqramı

NLP Diplom Proqramı, öz daxilinizə etdiyiniz səyahətin və dəyişimin ilk addımıdır. Bu səyahət potensialınızın fərqinə varmanızı təmin edəcəkdir. Beynəlxalq səviyyədə müvəffəqiyyət qazanmış bu proqram, sizə məhdudlaşdırıcı inançlarınızdan və istəmədiyiniz vərdişlərdən azad olmanın yollarını göstərəcəkdir. Əsası riyaziyyatçı Richard Bandler və dilçi John Grinder tərəfindən qoyulan və elm olaraq qəbul edilən NLP, eyni zamanda ticari tərəfi olan sənət və uğur texnologiyasıdır.

NLP Diplom Proqramında, özünüzlə və başqalarıyla qurmuş olduğunuz ünsiyyəti təkmilləşdirməyi öyrğnəcəksiniz. Bu təlimdə şəxsi potensialınızı ve resurslarınızı aşkar edib, necə daha effektiv şəkildə istifadə edəcəyinizi, yaradıcılığınızı təkmilləşdirməyi və yeni öyrənmə strategiyalarını həyata inteqrasiya etməyi, neqativ ruhi hallardan qurtulub sürətlə özünə inam və enerji dolu vəziyyətə gələ bilməyi və beləliklə həyat keyfiyyətinizi artırmağı öyrənirsiniz.

NLP Diplom Proqramını tamamladıqdan sonra NLP Practitioner treninq proqramına qoşulmaq imkanı qazanacaqsınız.

NLP Diplom Proqramında, təməl NLP bilik və texnikaları, nəzəri və tətbiqatlı olaraq verilir. Təlimin məqsədi, NLP texnikalarının gündəlik həyat içindəki problemli və yaradıcı istifadəsini təmin etmək olduğu kimi, istər şəxsi, istərsə iş həyatında insanlar arasıdakı ünsiyyət proseslərinin təsirini artırmaqdır.

NLP Diplom Proqramı, dünyanın ən nüfuzlu təşkilatları olan İNLPTA və MTİ standartlarında təqdim olunur!

NLP Diplom təliminin mündəricatı:

• NLP nədir?

• NLP-nin tarixi.

• Kalibrasiya.

• NLP-nin 4 prinsipi.

• Göz siqnalları.

• 6-lı dünya modeli.

• Uyğunlaşma.

• NLP ünsiyyət modeli.

• Aynalama texnikası.

• Dildə emossional seçimlər.

• Dilin ilkin hökmləri.

• NLP necə fərq yaradır?

• NLP-nin fərziyyələri.

• Şərtlənmələr və öyrənilmiş çarəsizlik.

• Təmsil Sistemləri

• Alt modellər.

• Nəticə müəyənləşdirmə, hədəf qoyma.

• Meta proqramlar.

• Motivasiya.

• Fərqindəlik.

• Fikirlərin iyerarxiyası.

• Lövbər atma.

Bu gün ABŞ və Avropada 150-dən çox institut və 2 üniversitetdə NLP; təhsil, is dünyası, səhiyyə, fərdi inkişaf və ailə daxili ünsiyyət sahələrində istifadə edilir. Əsasında insan və onun sosiallığının, əlaqələr vəhdətinin yer aldığı bütün sahələrə tətbiqat imkanı olan NLP-dən təhsilini, həyatını, işini, münasibətlərini zənginləşdirməyi hədəfləyən və beynini arzuladığı nəticələrə nail olması üçün istənilən yöndə işlədəcəyini hesab edən bütün insanlar faydalanırlar.

Dünyada NLP-dən kim istifadə edir?

• İngiltərə Kral Ailəsi

• Nasa

• CIA

• ABŞ Ordusu

• Microsoft

• Amerikanın ən böyük 500 şirkəti

• Bir çox ölkə başçıları və siyasi xadimlər.

NLP Diplom sertifikat təlim proqramının əsas iştirak şərtləri:

NLP Diplom Proqramına qoşulmaq üçün, əsas ruhi və fiziki sağlamlığın yerində olması şərti vardır. Təlim, iştirakçıların hər hansı bir psixoloji narahatlığının olmadığını qəbul edir. NLP proqramları tıbbi və ya psixoloji terapeyanı əvəz etmir. Psixiatrik və ya Fiziki narahatlıq üçün əvvəlcə həkimə müraciət edilməsi tövsiyyə olunur.

İştirakçılar ən az orta məktəbdən məzun olmuş şəxlər olmalıdırlar. Hər hansı bir qanunsuz təşkilat və ya təriqət üzvü olmadıqlarını təsdiq etməlidirlər.

Üzrlü səbəbdən təlimdə qismən iştirak edə bilməyənlərə, növbəti NLP Diplom Proqramlarında əlavə haqq ödəmədən qaçırılmış saatların bərpası üçün şərait yaradılacaqdır.

Proqram başa çatdıqdan sonra iştirakçılar imtahan verirlər. İmtahandan müvəffəqiyyətlə keçənlər NLP Diplom almaq hüququ qazanırlar. Bütün sualları ən az 80% düzgün cavablandıranlar, imtahanı keçmiş hesab olunurlar. Yetəri qədər bal toplamayanlara 1 dəfə də ödənişsiz imtahan vermək üçün əlavə şans veriləcəkdir. Növbəti imtahan cəhdləri üçün əlavə 20 AZN ödəniş edilməlidir.

Proqram müddəti : 8 gun, 24 saat

SERTİFİKAT : Beynəlxalq aləmdə tanınan MTİ (Mind Training İnstitute) diplom-sertifikatı təqdim olunur.

Proqramın qiyməti : 490 AZN.

Ödəniş hissə-hissə, amma proqramın sonunadək ödənilmək şərti ilə aparıla bilər.

Qeyd: Beynəlxalq sertifikatdan imtina edənlər üçün 100 AZN endirim edilir.

Qeyd: Təlim qiymətinə bütün tədris ləvazimatları və materialları daxildir. Əvvəlcədən ən az 30% ödəniş aparıldıqda Qeydiyyat başa çatmış hesab olunur. Kofe breyk servisi təmin edilir.

İştirak məhdudiyyəti: Maksimum 10 nəfər.

Əlaqə üçün:

(012) 409-25-82

(055) 342-30-43 (WhatsApp)

 

Ünvan:

Bakı şəhəri , Səbail rayonu, İçərişəhər Böyük Qala 22.

ŞƏRH YAZIN