İş Dünyasında Nlp-Nin Rolu!

0
883
İş Dünyasında Nlp-Nin Rolu!

 NLP Harada istifadə edilə bilər?


NLP-dən ünsiyyət proseslərinin əhəmiyyət kəsb etdiyi bir çox sahədə təsirli şəkildə istifadə edə bilərsiniz. Ünsiyyətin və fərdi potensialınızın əhəmiyyətli rol oynadığı hər sahədə NLP ilə fəaliyyətinizi artıra bilərsiniz.

İllərdir NLP aşağıda da göstərilən bir çox sahədə müvəffəqiyyətli nəticələr təmin etmişdir.

Psixoterapiya, Ruhi Sağlamlıq, Müalicə Prosesində NLP
Psixoloji və ya Professional Məsləhətçilik Sahələrində NLP
İş Dünyasında və İnsan Qaynaqlarında NLP
Sağlam Həyat və İdmanda NLP
Pedaqoji və Təhsil elmlərində NLP
Siyasət, Hüquq və Reklam sahələrində NLP
Hamiləlik və Uşaq yetişdirmədə NLP
Yaradıcılıq və Sənətdə NLP
 
İlk öncə iş dünyasında NLP-dən danışaq.

İş Dünyasında NLP

Heç şübhəsiz ki, iş dünyasında sağlam ünsiyyət prosesləriçox önəmlidir. Qarşılıqlı ünsiyyət, təsir etmə və güvən mühitinin yaradılması, hədəflərin müəyyən edilməsi, sistem ilə uyğunlaşma içərisində olma və elastikliyin inkişaf etdirilməsi kimi sahələrdə NLP strateji yanaşmalar təqdim edir. 

İş dünyasında hər keçən gün gedərək əhəmiyyət qazanan bu yanaşmalar indiki vaxtda insan qaynaqları mütəxəssisləri və şirkətdaxili təlim personalına texniki və strateji dəstək təmin edir. 

Hər kəsin subyektiv dünyası fərqlidir. Fərqli ixtisas sahəsi, fərqli mədəniyyət yada təcrübələrin bir yerə gəldiyi iş mühitlərində bu mozaikanın quruluş daşları daha da müxtəliflik qazanır. Burada bir yerə gələn insanların qarşılıqlı təsirindən bir bütünün meydana gəlməsi və bütün fərqliliklərə baxmayaraq, işçilərin dinc bir iş mühiti içərisində və ortaq məqsədlər istiqamətində məhsuldar bir satış həyata keçirə bilmələri təşkilatın quruluşu və şirkət rəhbərliyinin qərarlarına bağlı olduğu qədər, işçilərin də daxili-xarici ünsiyyət qurma bacarıqlarıyla da yaxından əlaqəlidir.

İnsan resurslarının idarə edilməsi hal-hazırda bütün müasir təşkilatlar üçün imtina edilməz bir əhəmiyyətə sahibdir. Bir çox idarəçi, təşkilati məsləhətçi və insan qaynaqları idarəçiləri NLP vasitələrindən faydalanaraq təşkilati quruculuq, komanda yaratmaq, keyfiyyətli rəhbərlik və vizion yaratma kimi sahələrdəki fəaliyyətini inkişaf etdirir. 

NLP online və telefon müştəri xidmətləri, satış və marketinq şöbələri sahələrində də hər keçən gün daha sıx istifadə edilir.

 

ŞƏRH YAZIN