Həyat Vizionunuzu Təyin Edin!

0
2345
Həyat Vizionunuzu Təyin Edin!

Bu texnika NLP vasitələrini istifadə edərək, öz özünüzə "Koçluq" edə biləcəyiniz texnikalardan biridir. Bu texnika "Həyat vizionu"nuzu müəyyən  etməyinizə və həyatınızı bu viziona görə yenidən təşkil etməyinizə kömək olur. Bütün NLP Texnikaları, düşüncələrinizi və duyğularınızı istədiyiniz istiqamətdə dəyişdirmək məqsədiylə yaradılmışdır.

1. İlk əvvəl həyatdakı ən böyük dəyərlərinizi, ideallarınızı və etməkdən zövq aldığınız məqsədlərinizi dəqiqləşdirin. Bütün hədəflərinizin, hobbilərinizdə və maraq sahələrinizin bir-biriylə olan ortaq nöqtələrini tapın. Uğruna hər şeyi edə biləcəyiniz, hər cür çətinliyə sinə gərə biləcəyiniz ideallarınızı yazın. Özünüzü, bütün bunları yaşayarkən xəyal edin.

2. Sizin ideallarınıza çatan, nümunə aldığınız, onun etdiklərini etmək istədiyiniz bir qəhrəman təyin edin. Özünüzü o insanın etdiklərini edərkən xəyal edin. Bu daxilinizdə sizi çox həyəcanlandıran, motivasiya edən bir duyğu meydana gətirsin.

3. Bütün incəlikləri ilə, xəyalınızın içinə daxil olun. İncəlikləri böyük bir ustalıqla nizamlayın. Sizi motivasiya edəcək bir musiqi qoşub, xəyalınızı başdan sona yaşayın. Məntiqiniz sizə bunun axmaq olduğunu söyləyə bilər. Məntiqli səsinizi aşağı salın və ya tamamilə dayandırın. Ardınca bu vəziyyətin sizə yaşatdığı duyğuları bütün bədəninizdə yaşamağa başlayın.

4. İndi də, sizi bu xəyala motivasiya edən dəyərlərinizi düşünün. Bəlkə azadlıq, bəlkə güc, bəlkə də paylaşım dəyəri sizi bu hədəfə istiqamətləndirib. Bu xəyalı yaşayarkənı eyni zamanda, dəyərlərinizə uyğun bir həyatı yaşadığınızı da hiss edin. Bu sizə böyük bir məmnuniyyət duyğusu yaşadar. Bir çox insanın bədbəxt olmasının səbəbi, dəyərlərinə uyğun olmayan bir həyat sürmələridir.

5. Daxilinizdəki səsə qulaq verin. Bu xəyalınıza çata biləcəyinizə əvvəl öz daxilinizdə inanmalısınız. Özünüzlə qürur duyduğunuzu yüksək səslə bağırın. Bu xəyala çatmağa özünüzü həsr etdiyiniz üçün özünüzü təbrik edin. Bu xəyala çatdığınız üçün şükür edin. Xəyalınızın gələcəkdə qalmasına icazə verməyin. İstəmək istəməyə davam etməyi özü ilə gətirər. İstəmək yerinə, sahib olmağa fokuslanın.

6. İndi artıq hərəkət zamanıdır. Oturaraq bu xəyala çata bilməzsiniz. Ayağa qalxın və özünüzü bu məqsədə çatmaq üçün hərəkətə keçirin. Vizionunuza çatmaq bəzən illərlə davam edə bilər, bəzən də çox qısa bir müddətdə əldə edə bilərsiniz. Zaman anlayışından müstəqil olaraq düşünün. İndidən daha yaxşı bir zaman yoxdur. NLP-də ən mükəmməl zaman indiki zamandır. O halda indi gözləmək yerinə, cəhd edin!
 

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

www.cazibe.info/nlp-telimleri/-nlp-diplom-sertifikat-proqrami-4069/

 

ŞƏRH YAZIN