Metaproqramlar Nədir???

0
887
Metaproqramlar Nədir???

 Metaproqramlar dünyanı qavrama filterlərimizdir və davranışlarımızın təməlini qoyarlar. Kompüter diliylə desək, metaproqramlar beynimizdəki "Software"dir. Yəni, qısacası biz onu davranış proqramı kimi də adlandıra bilərik. Bu proqramın təlimatlarına görə və əsasən, qeyri-şüuri hərəkət edərik.


Metaproqramlar insanların dünyanı öz hissləri və düşüncələrinə görə qavramaları, formalaşdırmaları və ona görə də davranmalarını təmin edərlər.

Məsələn, bəzi insanlar stəkanı yarıya qədər dolu olaraq görər və ona görə davranarlar. Amma bəziləri, stəkanın yarısını boş görüb, o istiqamətdə davranırlar.

Fili təsvir edən üç adamdan biri onun xortumunu uzun boru kimi, digəri ayaqlarını qalın bir zolaq kimi, o biri isə qulaqlarını düz yumşaq və böyük kimi təsvir etmişdilər. Bu nümunələrdə olduğu kim, hər kəs öz həqiqətini öz qavrayış və təmsil sistemlərinə görə yaradar.

Metaproqramlar insandan insana fərqlənir. Əgər insanların bir mövzu haqqında danışmalarına, istifadə etdikləri dil qəliblərinə və hərəkət tərzinə diqqət etsəniz, kimin hansı metaproqramları istifadə etdiyini anlaya bilərsiniz.

Gündəlik həyatda metaproqramlar davamlı bizimlə iç-içədir. Siz heç həyat yoldaşınızın, uşağınızın hətta çox yaxın tanışınızın anlaya bilmədiyiniz davranışlarına, sözlərinə şahid olmadınız? Və ya sizin normal hesab etdiyiniz bir davranışın başqaları tərəfindən anlaşılmaz hətta bəzən qəribə qəbul edildiyini görmədiniz?

Bu davranışların altında yatan və davranışlarımızı yaradann düşüncə modellərinə NLP dilində Metaproqramlar deyilir. Metaproqramlar NLP-nin təməl vahidlərindən biri olan "Bütün davranışların bir quruluşu vardır." prinsipini yaradır.

Metaproqramlar motivasiya, qərar vermə və müqayisə yaratmaqda bizlərə önəmli modellər təqdim edir. Usta ünsiyyətçilər insanlararası ünsiyyətlərində özlərindən çox başqalarının metaproqramlarını (dünya modellərini) istifadə edərək danışarlar və insanlara təsir edərlər. Əgər biz də qarşımızdakını razı salmaqda, motivasiya etmədə, müqayisə etmədə və s. öz dünya modelimizə görə danışsaq, bu bir işə yaramaya bilər.

Qarşınızdakının metaproqramlarına görə davranmaq (ayaq uydurmaq və uyğunluq) daha çox təsirli olacaq və bizləri istədiyimiz nəticələrə çatdıracaq. Liderlərə baxsaq, onların danışıq və davranış modellərinin əksəriyyətin metaproqramlarına uyğun gəldiyini görərik.

ŞƏRH YAZIN