Modelləşdirmə Nədir?

0
2528
Modelləşdirmə Nədir?

 Modelləşdirmək nə deməkdir?


Nlp-nin qurucuları Riçard Bendler və Con Qrinder bu işə terapiya sahəsində fövqəladə nəticələr əldə edən 3 insanı modelləşdirərək başlamışdılar.
 
Geştaltın terapiyasının banisi Fritz Pörls 
ABŞ-da Hipnozun atası kimi bilinən Milton Erikson 
Məşhur ailə terapisti Virciniya Satir. 

Modelləşdirmə zamanı xüsusilə Milton Eriksonun istifadə etdiyi dilə mikroskop altında baxıb və onun dil qəliblərini çıxarmışdılar. Modelləşdirmək NLP-nin təməlidir və "Onlar bunu necə edirlər?" sualından yaranmışdır. 

Uşaqlığınızı düşünün, insanları təqlid edərək və hətta onların inanclarını mənimsəyərək qeyri-şüuri də olsa modelləşdirmisiniz. 
 
Yetkinlik yaşına çatdıqdan sonra da, "onun kimi" olmaq istədiyiniz bir insanı şüurlu bir şəkildə model kimi götürərək ona bənzəməyə çalışmısınız. Əslində şüuri və ya qeyri-şüuri olaraq, ən incə detallarına qədər birini və ya bir şeyləri modelləşdirmisiniz. NLP-də modelləşdirmə ilə, istədiyiniz hər nədirsə "o ola bilərsiniz". 

Məsələn, insanlar qarşısında çıxış ertməkdə çətinlik çəkən biri NLP təlimçisinin köməyi ilə, modelləşdirmədən istifadə edərək istədiyi kimi olmağı bacarmışdı. Onun kimi danışmaq və təqdimat etmək istədiyi bir tok şou aparıcısını modelləmişdi. Aparıcını yaxından müşahidə edərək işə başlamışdı. 

Əvvəl o insanın inanclarını və dəyərlərini araşdırdılar, çünki bu modelləşdirmə üçün önəmli vasitələr idi. Araşdırma zamanı sözügedən tok şou aparıcısı ilə öz dəyər və inanclarının yaxın olduğunu gördü. Bu onun işinə daha çox yaradı, modelləşdirmədə çətinlik çəkmədi. 

Modelləşdirmə prosesində modelləmək istədiyiniz insanın inanc və dəyərləri olduqca önəmlidir. 

Daha sonra modelləşdirmək istədiyi aparıcının davranışlarını olduğu kimi modelləşdirdi. Bu ən asan modelləşdirilən, təqlid edilən hissədir. Əl qol hərəkətləri, nəfəs alıb vermə şəkli, üz ifadəsi, bədən hərəkətləri, danışıq tərzi və s. O usta şoumeni kifayət qədər modellədikdən sonra, o insan heyran olduğu o şoumen kimi insanlar qarşısında olduqca rahat danışdı, təqdimatlar edərək özünü rahat ifadə etməyə başladı və işlərini böyütdü. 

Modelləşdirmə NLP-nin ən çox marağa səbəb olan mövzularındandır. NLP təlimi alaraq və ya bir NLP təlimçisi ilə çalışaraq istəklərinizə sürətlə çata bilərsiniz.

ŞƏRH YAZIN