Nlp-Ə Giriş!

0
1047
Nlp-Ə Giriş!

 İnsan həyatında təəccüblü dəyişikliklərin inkişaf etdirilməsi üçün insanın içində olduğu vəziyyətin dəhşəti olduqca önəmlidir. "İnsan ən dibə vurduqdan sonra çıxmağa başlayarmış" deyə bir ifadə var. Siz də o ən dib nöqtəyə vurduğunuzu düşünürsünüzsə, o zaman bu yazı tam sizlikdir. "Bəsdir artıq!" dediyiniz gün dəyişiklik prosesi artıq başlamış deməkdir. Bunu yaşadığınızı düşünürsünüzsə, artıq NLP ilə yüksəlməyə hazırsınız deməkdir. 


Hər vəziyyətdə sizi uğura aparacaq üsullardan biri konsentrasiya yəni, diqqət gücüdür. Əgər bu gücü dilədiyiniz kimi istiqamətləndirməyi bacarsanız, önünüzdə heç bir maneə qalmayacaq. Bir mövzu üzərinə diqqət toplamağı bacara bilsəniz, gerçəkləşdirmək üçün önünüzə çıxan hər maneə qarşısında fərqli həll yolları kəşf edə bilərsiniz. Çox insan önəmsiz mövzular üzərində fərqində olmadan ustalaşarlar, uğursuz olmağın əsas səbəblərindən biri də budur. Etdiyiniz şeyi nə üçün etdiyinizi anlamağı öyrənmək sizi inkişafa aparar. "İnsan davranışlarını ən əsas formalaşdıran şey nədir?" sualına öz daxilinizdə tapacağınız cavablar sizə bu yolda ən önəmli açarları önünüzə sərəcək. "Necə?" sualına verəcəyiniz cavablar isə, sizə bir yol xəritəsi təqdim edəcək. Bu suallara verdiyiniz cavablarla hərəkətə keçməyiniz isə, sizin taleyinizi şəkilləndirəcək. Hər fərd fərqli yaradılmış olsa da, Yaradanın hər insana eyni fürsətlər təqdim etdiyini zənn edirik. Hər necə doğulmuş olsanız olun, kimsə gələcəyi ilə bağlı dəqiq informasiyaya sahib deyil. Gələcək bizlərə nə gətirər, bilinmir. Ancaq bildiyimiz tək bir şey varsa, bu yazını indi oxumağınız və sizlərdə oyanmış böyümə və inkişaf etmə arzusudur. Hər nə halda olursunuzsa olun, bu ortaq duyğu eynidir. Çox uğurlu biri olsanız da, yenə eyni duyğu sizi axtarışa sürükləyib. Üstəlik bundan da önəmlisi, hərəkətə keçməyiniz və oxumağa başlağınızdır. Mütaliə səviyyəsinin bu qədər aşağı olduğu bir ölkədə bunu etməyə başlamağınız belə, sizdə meydana gələcək inkişafın ilk siqnallarını verir deməkdir. 

ŞƏRH YAZIN