Nlp: Dəyişmə Sürətli Və Asan Ola Bilər

0
2379
Nlp: Dəyişmə Sürətli Və Asan Ola Bilər

 Həqiqətən nə istəyirsiniz?


Ø Usta insanların zehni strategiyalarını öyrənərək, daha müvəffəqiyyətli olmaq
 
Ø Münasibətlərinizdə daha müstəqil olaraq, başqalarının sizin üzərinizdəki təsirini azaltmaq və fərdi dəyərləndirmələrinizə güvənmə qabiliyyətinizi artırmaq

Ø Keçmişdən gələn travmatik təcrübələrinizin həllini tapmaq; məhdudlaşdırıcı inancların və hisslərin yerinə "güc" və "güvən" kimi müsbət qaynaqlar yerləşdirmək

Ø Tənqidləri rahatlıqla qarşılaya bilmək və tənqidi bildirişləri öz faydanıza istifadə etməyi öyrənmək

Ø Keçmişdəki bütün mənfiliklərlə əlaqənizi kəsmək və keçmişdəki müsbət təcrübələrinizlə təkrar əlaqəyə keçmək

Ø Fobiyalarınızdan çox qısa müddətdə xilas olmaq

Ø Ailənizlə, uşaqlarınızla, işinizlə, yoldaşlarınızla ünsiyyətinizi inkişaf etdirmək
     
Ø İtirdiyiniz və kədərini dərindən hiss etdiyiniz yaxınlarınızla ruhi olaraq təkrar birləşib, həyatda daha müsbət bir baxış bucağıyla irəliləmək

Ø Təbii olaraq, incəliyini qoruyan insanların yemək yemə strategiyalarını öyrənərək, yeməkləri onlar kimi qəbul etmək

Ø Bir qisminiz bir şey etmək istəyərkən, digər bir qisminiz başqa bir şey etməkmi istəyir? Ziddiyətlərinizdən rahatlıqla və qaneedici şəkildə xilas olmaq

Ø Utanma və günahkarlıq duyğularını şəxsiyyətinizi gücləndirən duyğularla dəyişdirmənin sürətli və rahat üsullarını öyrənmək

Ø Özlərini təsirli və asanlıqla motivasiya edən insanların sirlərini öyrənərək, möcüzəvi bir motivasiya strategiyasına sahib olmaq; əringənlikdən və təxirə salma duyğusundan xilas olmaq

Ø Şiddət və hirslə başa çıxmaq üçün müxtəlif variantlara sahib olmaq

Ø Vaxtı necə qəbul etdiyinizi kəşf etmək, lazımlı dəyişiklikləri edərək daha təsirli olmaq və zamanı istədiyiniz kimi idarə etmək

Ø Həqiqətən nə istədiyinizi müəyyən edərək, sizi məmnun edən hədəflər qoymaq və onları reallaşdırmaq

Ø Stressdən ya da gözlənilməz bir hissdən qaynaqlandığını düşündüyünüz fiziki bir narahatlığınızı nidarə altına almaq

Ø Şəxsi imicinizi inkişaf etdirmək

Ø Cəmiyyət qarşısında rahat və təhlükəsiz danışmaq

Ø Lazım olduğu zaman ''xeyr'' deyə bilmək, istəyərsinizmi?

Doğru açarlarla hər şeyi, səhv açarlarla heç bir şeyi aça bilməzsiniz. İşin incəliyi açarı yaratmaqdır. Daxilinizdəki gizli resursların, qabiliyyətlərin və yaradıcılığın qapısını açan sehrli açar "Neyro Linqvistik Proqramlaşdırma" (NLP)dir.

NLP beynin istifadə təlimatıdır: NLP-nin başlanğıc nöqtəsi insana duyulan maraq və heyranlıqdır. NLP subyektiv təcrübələrin quruluşunun araşdırılmasıdır. Etdiklərimizi necə edirik; Necə düşünür, necə öyrənirik? Necə əsəbiləşirik? Hər hansı bir sahədə müvəffəqiyyətli olan insanlar istədikləri nəticəyə necə çatırlar? Bu sualları cavablandırmaq üçün NLP necə düşünüb, hiss etdiyimizi, həyatın hər sahəsində mükəmməlliyi araşdırır və ya "modelləşdirir." Bu araşdırmaların nəticələri başqalarına öyrədilə bilər. Məqsəd hər kəsin mükəmməlliyə çatmasıdır.

NLP "fərdi mükəmməlliyi qazanma"nın elmi və sənətidir: NLP babat olan ilə mükəmməl olan arasında bir fərqlilik yaradacaq şəkildə, daxili və xarici ünsiyyəti necə quracağımızı öyrədir.

NLP nəticə almaq deməkdir: NLP nəticələri bilməklə, bacarmaq istədiyimiz nəticə ilə əlaqədardır. NLP keçmişi araşdırmaq yerinə, bu andakı problemli nöqtələr üzərində kökləndiyi üçün, bunu tətbiq edənlər nəticəyə tez, bəzən də anında çatarlar.

NLP necə bir metod istifadə edər?

NLP-nin əsas olaraq etdiyi, həm özümüzlə, həm də başqaları ilə açıq ünsiyyət qurmaqla davranışları dəyişdirmənin praktik texnikalarını ortaya qoymaqdır. Bizə özümüzü necə yenidən proqramlaşdıra biləcəyimizi göstərir. Bu, ilk növbədə fərqində olmadan davam etdirdiyimiz qəlibləri və davranışları şüura çıxarmaq mənasına gəlir. Beləcə qurduğumuz və üzərində baş yormadığımız fərziyyələri araşdıra bilər, varlığından xəbərdar belə olmadığımız resurslara çata bilər və nəhayət, fikrimizi "dəyişdirərək" davranış, düşüncə və duyğularımızı yenidən yönləndirə bilərik. NLP sizi həyatınızı idarə altına ala bilməyiniz üçün lazımlı olan bütün zehni dəyişmə texnikaları ilə təmin edər.

İnsan zəngin olsun, yoxsul olsun fərq etməz. Xəstəliyi yaxşılaşdıran da, bədbəxtliyi xoşbəxtliyə çevirən də zehindir.

ŞƏRH YAZIN