Nlp Necə Modelləyər???

0
2970
Nlp Necə Modelləyər???

 NLP-də modelləşdirmə - bir insanın bir işi necə etdiyini öyrənmək deməkdir. Mükəmməlliyin surətini çıxarma prosesi NLP-nin əsasıdır. 


Bir bacarığı modelləşdirmək - bu bacarığa sahib insanın bunun haqqında necə düşündüyünü öyrənmək və bunu etməyinə kömək olan dəyər və inancları kəşf etməkdir. Duyğuları, təcrübələri, davranışları, inanc və dəyərləri də modelləşdirə bilərsiniz. NLP mümkün olan hər şeyi modelləşdirir. Daha əvvəl bir insan bunu etmişdirsə, bu mümkündür.

Müvəffəqiyyətli insanları modelləşdirmək mükəmməlliyə doğru aparır. Əgər bir insan bir şeyi edə bilirsə, bunu modelləşdirmək və başqalarına öyrətmək mümkündür.

Modelləşdirmə - bir uşağın təməl öyrənmə formasıdır. Gəzməyi və danışmağı da bu şəkildə öyrəndik. Uşaqlar ətraflarında öyrənmək istədikləri şeyləri edə bilən yeniyetməni sadə bir şəkildə nüsxələyərlər. Beləliklə, yalnız görünüş deyil, üz ifadələri, duruşlar, səs tonları, davranış formaları, münasibətlər, inanc və dəyərlər və bütün bunların daşıdığı üstünlük və çətinliklər də nəsildən-nəslə ötürülür. Formal olmasa belə, modelləşdirmə güclüdür - bu şəkildə qazanılan bacarıqlar, məktəbdə öyrədilənlərdən daha qalıcı olurlar.

Bir bacarığı modelləşdirmək üçün üç məntiqi səviyyəni keçmək lazımlıdır: modelimizin etdikləri (davranış və fiziologiya), necə etdiyi (düşünmə şəkilləri) və niyə etdiyi (inanc və dəyərləri). Bundan başqa, modelin içində olduğu ətrafını və modelin şəxsiyyətini də nəzərə almalısınız.

Bir bacarığı modelləşdirmək üçün ehtiyacınız olan bacarıqlar: modelin davranış və fiziologiyası, düşünmə şəkli, inanc və dəyərləri. 
 
NLP-də modelləşdirmə üç mərhələdən ibarətdir. 

İlk mərhələ müşahidə etmə, sorğu-sual etmə və sizin marağınıza səbəb olan davranışı sərgiləyərkən modelinizin yanında olmağınızdır. Modelin yanında ikən ikinci mövqedə yer alar və əlinizdən gəldiyi qədər onun yerinə keçərsiniz. Birbaşa sual soruşmaq istədiyiniz nəticəni verməyə bilər. Çünki yüksək bacarığa sahib olan insanlar adətən, öyrənmə mərhələlərini unudurlar və işi tam olaraq necə etdiklərinin fərqində deyillər. NLP təlimçisinin vəzifəsi bu şüur ​​maneəsini aşaraq, modelin qeyri-şüuri yetərliliyini öyrənməkdir. Bu, eynilə mürəkkəb bir binanın inşasından sonra damına çıxaraq, onun necə inşa edildiyini xəyal etməyə bənzəyir.

İlk mərhələni bitirdikdən sonra, əlinizdə çox məlumat olsa da, nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğundan hələ əmin ola bilməyəcəksiniz. Bəzi ünsürlər, modelin fərdi üslubu ola bilər. Bu səbəbdən ikinci mərhələdə modelin hər davranışını sistemli bir şəkildə ələ alaraq, bunun nəticə üzərində bir dəyişiklik yaradıb yaratmadığını anlamalıyıq. Əgər yaradırsa, o zaman bu davranış modelin lazımlı bir parçasına çevrilər. Əgər yaratmırsa, bir kənara atılar.

Üçüncü və son mərhələ isə, öyrəndiklərinizi başqalarına çatdıra bilmək məqsədiylə təhlil etməkdir.

Modelləşdirmə son dərəcə faydalıdır və nəticəyə istiqamətlidir. Modellər doğru və ya səhv ola bilməzlər. Ya işləyərlər ya da işləməzlər. NLP praktik tətbiqlərdə çox güclüdür, çünki texnikaları real müvəffəqiyyətlərdən modellənmişdir.

Modelinizle eyni nəticələri əldə etdiyiniz zaman, işiniz sona çatar. O zaman modelinizin işlədiyini anlayarsınız.

NLP son dərəcə mürəkkəb bacarıqları olan bir çox modelin bacarıqlarını da modelləşdirmişdir: Liderlik, ünsiyyət və dil qəlibləri, ən üst səviyyədəki satış işçilərinin, idarəçilərin və atletlərin bacarıqları. NLP eyni zamanda sürətli oxuma, doğru yazma və musiqi yaddaş kimi sahələri də modelləşdirmişdir. Bir dəfə modelləşdirmə bacarığı qazandıqdan sonra, bunu diqqətinizi çəkən hər mövzunu modelləşdirmək üçün istifadə edə bilərsiniz.

ŞƏRH YAZIN