Nə daha asandır: Sevinc, yoxsa Kədər ?

0
4891
Nə daha asandır: Sevinc, yoxsa Kədər ?

“Köynəyin ilk düyməsi yanlış düymələnərsə, digərləri də yanlış gedər” Cordano Bruno

Pəncərədən bayıra baxsanız bir stress aparatının işlədiyinin və insanların fərqində olmadan bu aparatın içərisindən keçib getdiyini fərq edəcəksiniz. Nə qədər qəribə səslənsə də, bu stress aparatının çarxlarını da işlədən bizlərik. Bulaşıcı və keçici təsir gücü böyük olan stress iş və şəxsi həyatımıza ciddi təsir edərək motivasiyamızı zədələməkdədir. Bura dərinləşən neqativ düşüncələri və məhdudlaşdırıcı inancları da əlavə etsək məsələ daha xoşagəlməz olur. 
 
Təəssüflə qeyd edək ki, bəzi gənclərlə ünsiyyət zamanı onların bu təsirə məruz qaldıqlarının şahidi oluruq. “İngilis dilini bilirəm, diplomum da var, ancaq day-dayım olmadığı üçün işə girə bilmirəm”, kimi yanaşmalarla əslində gələcəklərini şərtlərə bağlayırlar. 
 
Şərtə bağlamaq odur ki, bunun olması üçün mütləq filan şeyin baş verməsi lazımdır. Yəni, “x”in olması üçün “y”in baş verməsi lazımdır. 
 
İnsanlar adətən həyatlarındakı uğurları da, uğursuzluqları da şərtlərə bağlayır. Onlar sevinci də, kədəri də şərtləndirirlər. Buna əmin olmaq üçün sizə bir sual verəcəm: Sevinməyiniz üçün nəyə ehtiyac var? Cavab olaraq “Arif məni sevərsə çox sevinərəm”, deyirsinizsə özünüzə nəzarəti əldən vermisiniz. Burada həm şərtlənmə, həm də gözlənti yaratmısınız. Deməli, Arif sizi sevməsə sevinməyəcəksiniz və sevinciniz sizdən deyil, Arifdən asılıdır. Başqa sözlə desək, sevinməyi çətinləşdirmisiniz. 
 
Bir qarının iki qızı varmış. Qızlardan biri çətir, digəri isə əriştə satırmış. Hava yağışlı olanda qarı kədərlənirmiş ki, əriştə satan qızımın işləri yaxşı getməyəcək. Çünki, əriştələrin quruması üçün günəşli havaya ehtiyac var. Hava günəşli olanda qarı yenə kədərlənirmiş. O bu dəfə çətir satan qızının işlərinin getməyəcəyini düşünürmüş. Bir müdrik bunu eşidəndə ona tövsiyyə edir ki, hava günəşli olanda əriştə satanın, hava yağışlı olanda isə çətir satanın işlərinin yaxşı gedəcəyinə sevinsin. 
 
Dünyada insanların sıxıntılarının səbəbləri bilirsinizmi nələrdir? Onlar sevinməyi çətinləşdirib, kədərlənməyi asanlaşdırırlar. Sizə sualı dəyişdirərək verəcəm: “Kədərlənməyiniz üçün nəyə ehtiyac var?” Diqqət edirsinizmi, bəzi hallarda ən adi prosseslərdən belə kədərlənirsiniz? 
 
Dünyadakı prosseslər vacib deyil. Vacib olan, onları qavrama şəklimizdir. Prossesləri bizi sevindirəcək şəkildə də qavraya bilərik, bizi kədərləndirəcək şəkildə də. NLP-də “yenidən çərçivələmə” adlandırılan bölmədə məhz bu məsələdən bəhs olunur. Həyatda doyuma və xoşbəxtliyə çatmağı yollarında biri də, sevinməyimizi asanlaşdırmağımız, kədərlənməyimizi çətinləşdirməyimizdir. Bunun üçün şərtləndirmələrimizi fərq edərək, düşüncə qəliblərimizi yenidən çərçivələməliyik. 
 
Stressə qarşı dayanıqlılığı artırmaq - deyiləcək bir şey yoxdur əslində. Ya stress var, ya da yoxdur. Başlanğıc şərtləri sizi stressə salacaq şəkildə müəyyənləşdirmisinizsə, deməli, əvvəlcədən stressə düşməyə qərar vermisiniz. Əgər şərtləri zehninizdə effektiv şəkildə yenidən çərçivələsəniz – nə yağış, nə kiminsə münasibəti, nə məhkəmə qərarı, nə də dostun xəyanəti sizə təsir etməyəcək.
 
Xoşbəxtlik öz əlinizdədir!
 
Babək Bayramov
NLP Master Trainer 
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :
 

ŞƏRH YAZIN