Nlp Və Beyin

0
1981
Nlp Və Beyin

 Elm və texnologiya təbiəti və insanı təqlid edərək inkişaf edir. Kimyəvi dərmanlar da bitkilərin müalicəvi xüsusiyyətlərinin laboratoriya şəraitində aşkar olunması ilə yaranır. Kamera gözü təqlid edir. Kompüter beynin bir modelidir.

Bir NLP termini olan modelləşdirmə həyatın hər sahəsində mövcuddur. Beynimizi bir kompüter olaraq qəbul etsək, düşüncələrimizə və düşüncələrimizin məhsulu olan davranışlarımıza proqram təminatı deyə bilərik.

Bir kompüter nə qədər mükəmməl olursa olsun, proqram daxilində mövcud olmayan bir tətbiqi reallaşdırmaz.

Eyni şəkildə, zehni proqramlaşdırmamızı dəyişdirmədiyimiz müddətcə həyatımızda istədiyimiz nəticələrə çata bilmərik. NASA-dakı bir mühəndis, düyməni basdığı zaman istədiyi nəticəni almazsa dərhal səhvin haradan qaynaqlandığını araşdırır.

Biz insanlar isə, harada səhv etdiyimizi araşdırmaq yerinə günahı düyməyə atırıq. Yəni, bizim xaricimizdəki şərtlərə, hadisələrə və insanlara... Günahlandırmaq, bəlkə də öz zehnimizdə bizi xilas edir, amma istədiyimiz nəticəyə çata bilmədiyimiz reallığını dəyişdirmir.

Dəyişiklik istəyirik amma proqramımızı dəyişdirməyi heç düşünmürük. Bu səbəbdən, dəyişiklik bəzən bizə çox çətin gəlir. NLP-nin sehri də bax bu nöqtədə gizlidir.

Beynimizin proqramı olan zehni proqramımızı dəyişdirdiyimiz ya da keyfiyyətini yüksəltdiyimiz zaman, beynimizin performansında müsbət dəyişikliklərə şahid olarıq. Düşüncələrimiz, hiss etdiklərimiz, davranışlarımız və həyatımız həmin an dəyişikliyə uğrayır.

NLP-ə insan beyninin proqram istifadə təlimatları da deyə bilərik. Beynimiz fövqəladə potensiala sahib mükəmməl bir kompüterdir. Edəcəyimiz şey onu inkişaf etmiş proqram ilə təchiz etməkdir.

Sərhədi qoyan təchizat deyil, proqram təminatıdır. Biz insanlar proqram təminatında olmayan proqramları reallaşdıra bilmədiyimiz üçün bəhanələr edirik və günahlandırmağa başlayırıq: qabiliyyətim yoxdur, bədən tipim uyğun deyil, şəxsiyyətim bunu bacarmağa uyğun deyil, bürcüm uyğun deyil, zəkam bunun üçün çox artıq / çox az və s.

Bu arada onu da vurğulayaq ki, NLP ilə nəticəyə çatmaq üçün inanmağınız lazım deyil. Proqram daxilində verilən əmrlərin yerinə gəlməsi üçün inanmağın bir önəmi yoxdur, amma kompüteri proqramlaşdırmağı və hansı düymələrə basacağınızı bilmək lazımdır.

ŞƏRH YAZIN