Əhvalınızı Siz İdarə Edə Bilərsiniz!

0
2195
Əhvalınızı Siz İdarə Edə Bilərsiniz!

 Qarşılaşdığımız hadisələr, vəziyyətlər və insanlar fərqli şəkillərdə reaksiya verməyimizə səbəb olduğu üçün duyğularımız da gün ərzində tez-tez dəyişər. Deyilən hər hansı bir söz və ya çox kiçik bir hadisə belə özümüzü pis hiss etməyimizə səbəb ola bilər. Əhvalımızdakı dəyişikliklər adətən, qısa müddətli olur. Bir insanla qarşılaşdığımız zaman, bir telefon danışığı etdiyimiz zaman, bir saata baxarkən belə əhvalımız anidən dəyişə bilər. Davranışlarımız və əhvalımızdakı bu cür dəyişikliklərin bizim düşüncələrimizin bir nəticəsi olduğunu, nə düşünəcəyimizə özümüzün qərar verə biləcəyini (Həqiqətən istəmiriksə, heç kim bizi bədbəxt edə bilməz) anladığımız zaman özümüzə variantlar yaratmağa başlaya bilərik. Bizi istədiyimiz nəticələrə çatdıracaq zehni vəziyyətin nə olduğuna qərar verə bilər və hər hansı bir vəziyyətdə nə hiss etmək istəyiriksə, onu hiss edə bilərik. Hiss etdiyimiz şeyləri necə idarə etməyimiz artıq bizim qabiliyyətimizdən və onu tətbiq etməyimizdən asılıdır. 


Ancaq bu qabiliyyət sizin və ya mənim düşünmədən yerinə yetirdiyimiz sadəcə mürəkkəb fiziki hünərdir. Yüksək səviyyədə xüsusi bir ustalığa sahib olmasanız belə, proseslərə yeni bir baxış bucağından yanaşmağınız hər şeyə yeni bir obyektivlik qazandıracaq. Əhvalınız artıq hər davranışınızı sizə söykəyən, yolunuzda duran bir maneə olmayacaq. NLP texnikaları sizə əhvalınızı şüurlu və iradi şəkildə dəyişdirmək imkanları təqdim edəcək. Sonda əldə etdiyiniz nəticə sizin də təəccübünüzə səbəb olacaqdır.
 

ŞƏRH YAZIN