Nlp-Də Ayaq Uydurmaq Və Liderlik

0
624
Nlp-Də Ayaq Uydurmaq Və Liderlik

 Bir-biriylə uyğunlaşma içində ip atlayaraq yoxuşdan aşağı doğru gələn iki kiçik qıza rast gəldiyiniz zaman, onların yaxşı razılaşdıqlarını və bəlkə də,  heç deyilsə bu günlük çox yaxın dost olduqlarını başa düşərsiniz.


Ya da qızıl sarısı bir gün doğumunda addımlarını bir-birinə uydurmuş, dörd ayaqlı tək bir varlıq kimi harasa doğru gedən bir cüt sevgilini izləyin.

Şəhər parkında bir ana ilə balaca oğlu gəzintidədirlər. Körpə hələ bir neçə aylıqdır amma danışmağa çalışır, bapbalaca ağzı açılıb örtülür. Ciddi baxışlarını onu sevgiylə qucaqlayan varlığa yönəldib, anası onun etdiklərini izləyir və o da ağzını da onun kimi açıb bağlayır.

Bütün bu nümunələrdəki kəslər bir-birləriylə əlaqələndiriliblər; sanki öz kiçik dünyalarında yalnız onlar vardır.

Bu, ayaq uydurmaqdır. (Pacing)

Ayaq uydurmaq digər insan harada olursa olsun, onunla görüşməkdir. Qarşınızdakı ilə eyni xəttdə olmaq, onun dünyaya baxış tərzinə qatılmaqdır (eyni görüşü paylaşmaya bilərsiniz amma ona hörmət göstərirsiniz). Onu izləyər, ritmini tutar, eyni dili danışar, eyni mövzudan söz edər, eyni əhvalı paylaşarsınız.

Bu güclü bir uyğunlaşma duyğusunun yaradılıb davam etdirilməsinə yol açar. Ayaq uydurmada yararlandığınız bacarıqlar xaricə istiqamət, dərəcələndirmə, səs tonu, tempi, duruşu, dili bir-birlərinə uydurma və geri dönüşlərdir.

Kiçik qızlar yoxuşun sonunda öz başlarına keçmələri qadağan olan geniş bir prospektə çatarlar. Sonra içlərindən biri arada bir asta asta tullanmağa başlayır. Yoldaşı da onun etdiyini təkrarlamağa başlayar və qısa müddətdə tullanmalar böyüyər. Qızlar artıq ip atlamağı unudub, qaçmağa başlamışlar.

Ana dodaqlarını körpəsi kimi açıb bağlayar. Sonra ağzını möhkəmcə bağlayıb səsli hərflərlə "Ma-Ma" deyər. Körpə onu izləyər, onun etdiyini təkrarlamağa çalışaraq "Mmmm" deyər, "Mmmm."
 
Burada olan bizim liderlik (leading) dediyimiz şeydir. Liderlik insanı bir başqa mövzuya, görüş bucağına, dilə, ritmə, ruh halına, tempə ya da duruşa istiqamətləndirməkdir.

Düşüncə şəklinə uyğunlaşmaq

Bir dəfə birinə ayaq uydurduğunuz zaman onun bir başqa şeyə, bir başqa yerə, bir başqa düşüncə ya da davranışa cəmlənməsini təmin etmək üçün liderlik edə bilərsiniz. İnsanı bir başqa dilə, duruşa ya da tempə yönəltmək onun perspektivini dəyişdirə bilər. Və bu yeni perspektiv yeni variantlara, imkanlara, yaradıcılığa yol aça bilər.

Burada etdiyiniz digər insanın istifadə etdiyi qəlibi dəyişdirməkdir. Onun təcrübəsinə dil, duruş və temp vasitəsilə ayaq uydura bilərsiniz (ahəng qurmaq - matching). Sonra da dilinizi, duruşunuzu ya da səsinizi dəyişdirərək onun bir başqa cür qəbul edilməsinə, beləliklə təcrübəsinin çevrilməsinə rəhbərlik edə bilərsiniz.

Mimikalar və Əl-qol hərəkətlərinə uyğunlaşmaq

Xahiş edərkən tələskən davranmayın. Əvvəl o adamın narahatlıqlarının, istək və ya çətinliklərinin, dərdlərinin ya da bədbəxtliyinin içərisinə daxil olun. Dinləyin, söz açılan mövzu üzərində danışın (bütün bunlar ayaq uydurmaqdır) və ancaq ondan sonra o insanı yavaş-yavaş ağlınızdan keçən davranışa doğru istiqamətləndirin.

Dilinizi, tempinizi, görüş bucağınızı ya da daha əvvəl sözünü etdiyimiz hər hansı bir davranış göstərişini dəyişdirin və bunu qarşınızdakının narahatlıqlarını paylaşdığınızı göstərərək hörmətli bir şəkildə edin.

Deyək ki, müdirinizdən maaşınıza artım istəyəcəksiniz amma otağına girdiyiniz zaman onun bir təslimatın tarixi mövzusunda narahat olduğunu görürsünüz.

Müdir: Bitirməyim lazım olan işləri bir cür çatışdıra bilmirəm. Hesab edirəm ki, bu iş çatdırılma tarixinə qədər hazır olmayacaq. Qapıların üzümə bağlandığını sanki hiss edirəm.
 
Siz: Bacaracaqsınız. Hər zaman bacardınız. Kədərlənməyin. Sizə maaşımdan məmnun olmadığımı söyləməyə gəldim. Burada mənə ödənilən miqdar gördüyüm işə heç uyğun deyil.

Müdir: Qulaqlarıma inana bilmirəm. İşi zamanında bitirə bilməsəm, işlər çətinə düşəcək və sən qalxmış artım istəyirsən. Nəyin var sənin? İndi bunları dinləməyə heç vaxtım yoxdur.

Yüngül desək, dərdinizi izah edə bilmədiniz. Amma müdirin fərdi dil istifadə və fərqliliklər üzərində dayandığını, sizin isə toxunma qəlibi istifadə edərək eyniliklər üzərində dayandığınızı nəzərə alaraq bir dəfə daha sınasanız, aranızdakı görüş belə ola bilər:

Siz: Bilirəm, işin istənilən təslim tarixinə yetişə bilməyəcəyini, bu tenderi qazana bilməyəcəyinizi düşünürsünüz. Ola bilər, zəng çalınanda işi bitirə bilməmiş ola bilərsiniz... Amma keçmişdə də belə şeylər yaşadınız. Məncə, hər zamanki kimi, edilməsi lazım olanı ruhunuzun dərinliklərində duyacaq və bacaracaqsınız.

Dinləyin, bəlkə pis bir zamanda gəldim, amma burada işçilərin kimiləri maaşlarından razı deyillər və düşündüm ki, onların ayaqlarını yerə basıb təslim tarixinə çatmaq üçün sizə köməkçi olmalarını istəyirsinizsə, bəlkə onlara bir mükafat və ya gələcək ay artım verəcəyinizi söyləyə bilərsiniz.

Bu mövzuya toxunmuşkən, sizcə, mənim də daha əvvəl sözünü etdiyiniz artımı almaq zamanım gəlmədimi?

Müdir: Səni anlayıram. Dediyin kimi, bəlkə bunun zamanı deyil, amma hansı zamanın doğru olduğunu kim bilə bilər? Bəlkə də haqlısan. Çalışanlardan qaynaqlanan parazitli səslərin qarşısını almaq lazımdır. Çox yaxşı, indi pul məsələsini burax da, bu təkliflə əlaqədar düşüncələrimi dilə gətirməkdə mənə kömək et.

Qarşınızdakı adamı həqiqətən tanımırsınızsa, səyləriniz boşa gedəcək. Bütün əlaqələr kibernetikdir. Qarşınızdakına hörmət duymaz və onun narahatlıqlarına laqeyd qalsanız uyğunlaşma duman olur, uçub gedər və ümid etdiyiniz hər nə isə anında buxarlanar.

"Müdir Mənəm."

Ayaq uydurma və liderlik tapşırığı: I

Sizinlə eyni havada olmayan - siz havalarda ikən o səssiz, siz zarafat edərkən o ciddi olan birisiylə bərabərkən onun temp və duruşuna uyaraq onunla ünsiyyətə çalışın.

Bunu beş dəqiqə davam etdirin. Sonra yavaş-yavaş tempinizi və duruşunuzu dəyişdirin. Diqqətinizi bunlar üzərində cəmləşdirin və geri dönüşlər edin, amma dəyişməyə davam edin. Səmimi davranın: onlar üçün ən yaxşısını etmək istəyirsiniz.

Bunu üç dəqiqə davam etdirin. Nələr olduğunu gözləyin.

Ayaq uydurma və liderlik tapşırığı: II

1. Birindən bir şey istəyərkən əvvəl bir müddət onu araşdırın. İstifadə etdiyi dilə və sözlərin tempinə (sürətlə ya da ağır) qulaq verin. Duruşunu, əl qol hərəkətlərini, göz hərəkətlərini izləyin. Diqqətinizi cəmləşdirin. Ondan istəyəcəyiniz şeyin onun xeyrinə olduğunu düşünün.

2. Onun dil, duruş və tempinə uyğun olaraq geri dönüşlər edin. İndi o insana ayaq uydurmaqdasınız. Bunu beş dəqiqə davam etdirin.

3. Ona liderlik etməyə başlayın. Geri dönüşlərinizə, ondan etməsini istədiyiniz hər nə isə, onu əlavə edin. Fərqli bir dil, temp ya da duruşdan faydalanın. Nəticəyə çatmaq üçün ən əlverişli dil, temp və ya duruşu seçin.

4. Istədiyiniz şeyin onun üçün də necə xeyrinə olacağından söz edin. Səmimi və hörmətli olun.

ŞƏRH YAZIN