Nlp-Də Uğurun Düsturu

0
1953
Nlp-Də Uğurun Düsturu

 Nə istədiyini, nə üçün istədiyini bil. Hərəkətə keç. Fərqində ol. Elastik ol.

Nəticəni dizayn etmək nəyi, nə üçün istədiyiniz ilə bağlıdır. Əvvəl istəklərinizə qərar verməlisiniz. İstəkləriniz sizi motivasiya edəcək. Ancaq nə istədiyinizi bilmək qədər nə üçün istədiyinizi də bilməyiniz lazımdır. O zaman motivasiyanız əhəmiyyətli dərəcədə artacaq. Nəticələri dizayn etdikdən sonra hərəkətə keçmək lazımdır. Fəaliyyət ən güclü silahdır. Lakin bu hərəkət gözü bağlı və nəticəsiz deyil, mükəmməl hazırlanmış və hər istiqamətiylə düşünülmüş bir hərəkət olmalıdır. Hərəkət əsnasında idarəetmə duyğunuzu və qabiliyyətinizi istifadə etməlisiniz. Hisslərinizi istifadə etməlisiniz, onlar sizə doğru yolda olub olmadığınızı söyləyərlər. Onlara əhəmiyyət verin.

Əgər etdikləriniz işə yaramırsa, yanaşmanızı dəyişdirin, başqa şeylər edin. Elastik olun. Yeni alternativlərə, yeni axtarışlara yönəlin və əldə edənə qədər bu yanaşmaya davam edin. Əsla məcbur etməyin. Məcburiyyət hadisənin təbiətini dəyişdirə bilər. Əgər müqavimət varsa, işlər yolunda getmirsə, nəyisə dəyişdirməyə ehtiyac var deməkdir. Məcbur etmək yerinə elastik olun və fərqli alternativlərə yönəlin.

Hər hansı bir sistemdə ən elastik olan qazanar. Supermarketlərə gedərik, çünki dükanlardan daha çox variantları var. Xoşgörüntülü insanları seçərik, çünki kobud deyildirlər. Hərtərəfli insanlara qibtə edirik, çünki bizlərdən çox üstünlükləri vardır. Ən inkişaf etmiş TV kanalı daha çox alternativ və seçim imkanı təqdim edə biləndir. Bu səbəbdən zənginlik elastikliklə düz mütənasibdir.

Elastiklik eyni zamanda insana müqavimət qazandırır. Əgər satıcısınızsa və bir neçə dəfə imtina edilmisinizsə, cəsarətinizi qırmaq yerinə yanaşmanızı dəyişdirin, müsbət bir davranış yaradın. İnsanlar qarşısında çıxış etməkdən sıxılırsınızsa, utanıb qaçmaq yerinə, fərdi proqramınıza bir az da özünəinam elementi qatın və müvəffəqiyyətli insanları modelləşdirin. 

Qısacası, elastiklik NLP ədəbiyyatında fərdi və təşkilati inkişafda ən əhəmiyyətli qabiliyyət və bacarıqdır.

ŞƏRH YAZIN