Nlp-Nin Maraqlı Tarixçəsi ...

0
2147
Nlp-Nin Maraqlı Tarixçəsi ...

Həyat səviyyəsini yaşadıqları hadisələr deyil, bu hadisələrə verdikləri reaksiyaların təyin etdiyini kəşf edən bir qrup insan başlarına nə gəlirsə gəlsin, bunu bir məqsəd üçün istifadə edərlər.

Onlara görə hər şey bir səbəb və bir məqsəd üçündür. Bu şəkildə düşünən insanlar başqalarının müvəffəqiyyətsizlik və ya şanssızlıq deyə xarakterizə etdiyi bir çox şeyi, həyatlarında fərq yaradan bir fürsət və üstünlük halına çevirməyi bacarırlar.

Bu qrupa aid insanlar xəstəliklərini belə məqsədləri istiqamətində istifadə edə bilirlər. Necə?
 
"Hipnozun atası" kimi tanınan Dr.Milton Erikson məhz bu cür insanlardan biridir. Sahib olduğu üstün qabiliyyətlərinin 15 yaşından bəri davam edən iflicliyinin təmin etdiyi bir üstünlük olduğunu söyləyir.
 
Erikson müsbət enerjisi ilə, uşaq iflici kimi bir xəstəliyi "yanacaq" kimi istifadə edə bilmiş və bundan maksimum dərəcədə yararlanmışdır. Xəstəliyi səbəbilə, yalnız gözlərini oynada bilən Milton Erikson insanların hərəkətlərini təqib edərək vaxt keçirməyi həyatının ən böyük əyləncəsi halına gətirmişdir.
 
Beləliklə, ətrafındakı insanların davranışları ilə düşüncələri arasındakı əlaqəni kəşf etmiş və çox zaman insanların hərəkətləri ilə düşüncə tərzlərinin eyni olmadığına diqqət etmişdir. Amma halbuki o insanların inandırıcı olmaları üçün, danışıqları ilə bədən dilləri arasında bir paralellik olması lazım olduğuna inanırdı.
 
Bunun nəticəsi olaraq, bəzilərinin inanmadıqları və ya doğru olmayan şeyləri dedikləri zaman, bunu dərhal anlaya biləcək bir bacarıq yaratmışdır. Bunun üçün minlərlə tətbiq sınaqdan keçirmiş və bunları insanların şifrələrini həll etmək üçün istifadə etmişdir.
 
Daha sonra, yaxşı bir təhsil görən Milton Erikson hipnozu da öyrənərək, insanları yaxşılaşdırmaq üçün istifadə etməyə başlamışdır.
 
Onun müalicə seanslarından çıxan xəstələri çox sürətli yaxşılaşdığına görə, bütün Amerikada məşhurluq qazanmışdır.

Müalicə və hipnoz sahəsində böyük dəyişikliklər təmin edən həkimin bu müvəffəqiyyəti bir çox insan tərəfindən möcüzə olaraq xarakterizə edilmiş və hər kəs onu böyük bir heyranlıqla izləməyə başlamışdır.
 
İnsanları təəccübləndirməyi çox sevən Eriksonun ən çox tətbiq etdiyi metodlardan biri "göydələndə iynə axtarmaq" idi.
 
Bir tanışından və ya bir xəstəsindən hər hansı bir göydələndə iynə gizlətməsini istəyərdi. Sonra iynəni saxlayan insanın əlini tutub iynəni axtarışa dalardı. Erikson yanındakı insanın əlində hiss etdiyi ən kiçik titrəyişlə iynəyə yaxın olub olmadığını anlayardı.
 
Erikson ən uzağı 10 dəqiqə ərzində göydələndəki bu iynəni tapardı. Bizim sözlə desək, "samanlıqda iynə axtarmaq" onun ən sevdiyi şey idi.

Burada, xüsusilə tibb sahəsində yüksək nailiyyətləri olan alim İbn Sinanın psixoloji xəstəliklər mövzusunda tətbiq etdiyi bu müalicə metodu istər istəməz ağla gəlir:

"Gürcan hökmdarının bir qohumu xəstələnir. İbni Sinanı çağırırlar. İbni Sina xəstəlikdən zəifləmiş gəncin nəbzini tutur, idrarını görmək istəyir. Sonra "Mənə bütün Gürcan qəsəbə və məhəllələrini tanıyan bir adam lazımdır" deyər. Tapıb gətirirlər.
 
İbni Sina xəstənin nəbzini tutub adama "Gürcanın məhəllələrini say" deyir. Adam saymağa başlayır. Bir məhəllənin adını eşidincə, xəstənin nəbzində qəribə bir hərəkət olur. İbn Sina adama "Bu məhəllənin küçələrini say" deyir. Adam saymağa başlayır. Bir ada gəlincə, o hərəkət yenə olur. Bundan sonra İbn Sina "İndi mənə, orda yaşayan insanların hamısının adlarını bilən biri lazımdır" deyir. O adam da tapılır və adam ordakı insanların adlarını tək tək saymağa başlayır.
 
Bir adı söyləyincə, o hərəkət yenə olar. O zaman böyük alim "Tamam" deyər və oradakılara dönüb "Bu gənc, filan məhəllədə, filan küçədəki filan adlı bir qıza aşiqdir. Dərmanı da ona qovuşmaqdır" deyər. Bu sözləri eşidən xəstə gənc utancından yorğanı başına çəkər. Oradakılar da problemi anlayar və həll edər."

Yenidən Milton Eriksona dönsək:
 
Hər kəs böyük bir heyranlıqla Milton Eriksonu izləyərkən iki adam onu ​​fərqli bir şəkildə izləyirdi. Məhsuldar zəkaya sahib bu iki insan NLP-nin qurucuları Riçard Bendler və Con Qrinder idi. İki müdrik baş başa verib Eriksonun sirrini öyrənməyi çalışdılar və bir fərziyyə ilə yola çıxdılar:

"Əgər o bu nəticəyə çatıbsa, eyni metoddan tətbiq edərək başqa insanlar da bu qabiliyyəti öyrənə bilərlər."
 
Ancaq burada vurğulanan mesaj - sizin heç qabiliyyətiniz olmayan bir sahədə bacarıq yaratmağınız deyil, maraq duyduğunuz və bacara biləcəyiniz bir sahədə çatmaq istədiyiniz nəticələri reallaşdırmış olan kəslərin etdiyini edərək eyni nəticələrə çatmağınızdır.
 
Bendler və Qrinder Eriksonla uzun müddət birlikdə çalışdılar. Onun müalicə əsnasında çəkdiyi filmləri araşdırmağa başladılar. Həkimlə qarşılıqlı görüşlərdən sonra onun metodunu tapdılar.
 
Erikson sadə bir görüş əsnasında bütün bədəni keyidən klassik hipnoz yerinə yüngül bir hipnoz tətbiq edirdi. Ayrıca istifadə etdiyi sözlərə və onların tələffüzlərinə çox diqqət edirdi. İstifadə etdiyi sözlər və bunları söyləmə tərzi xəstəni çöküntü vəziyyətindən çıxarıb coşğu vəziyyətinə gətirirdi.

Bendler və Qrinder Geştalt terapiyasının qurucusu olan Pörls və hər cür ailə problemini həll edə bilən Virciniya Satirin də metodlarını araşdıraraq yeni bir üsul yaratdılar.
 
Öyrəndikləri bu üsulları universitet şagirdlərinə eynilə öyrədən və onların eyni cür xəstələrə eyni cür metodları tətbiq edib eyni nəticələri almasından sonra Riçard Bendler və Con Qrinder NLP deyilən elmin təməllərini atmış oldular.
 
Bütün dünyada tətbiq olunmağa başlanan bu texnikalar sayəsində, NLP mütəxəssisləri bir fobiyanı çox qısa bir müddətdə aradan qaldıra bilir, insanların həyatına yeni bir istiqamət verirlər.
 
NLP texnikalarını həyatınıza tətbiq etmək fikri sizə çox cazibədar gələcəkdir. Bunu edərkən, beyninizdəki zəncirlərdən başqa itirəcək heç bir şeyiniz yoxdur. Qısa müddətdə bir çox insanın həyatını dəyişdirən bu texnikaları indi seminarlar vasitəsilə öyrənə bilərsiniz. Bu seminarlar bir çox insanın həyatında böyük dəyişikliklər edir. NLP-ni öyrənin və ətrafınızdakı hər kəsə öyrədin. Bundan çox faydalanacaq və böyük bir həzz alacaqsınız.
 

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

 

ŞƏRH YAZIN