Nlp-Nin Öyrənmə Pillələri: Öyrənmək Zamanıdır!

0
1302
Nlp-Nin Öyrənmə Pillələri: Öyrənmək Zamanıdır!

 Hər hansı bir sahədə fərdi mükəmməlliyi qazanan insanlar bu səviyyəyə çatana qədər mükəmməlliklərinin fərqində olmazlar. Bununla yanaşı, nə etdiklərini ya da necə etdiklərini də açıqlamaya bilərlər. Çünki artıq bacarıqları onların fərqində olmadan çalışır. 


Məsələn, bir tennis çempionunu götürək. Onun matçın son dəqiqələrində şüurlu olaraq düşündüyü şey bir azdan alacağı kubok, təbriklər, isti bir duş ya da rahat bir yataq ola bilər. Atacağı atışların detallarını, avtomatik olaraq tətbiq edəcəyi ayaq hərəkətlərini düşünməyə bilər. O anda tamaşaçıları ayağa qaldıran sehrli gücünün fərqində deyil. 

Əslində, Timoti Qelveyin "Daxilinizdəki Tennis" adlı kitabında qeyd etdiyi kimi, bu tərz bacarıqlar üzərində düşünmək həm ustalığın itirilməsinə səbəb olar, həm də hərəkətlərin "axıcılığını" da azaldar və bəlkə də, qazanma şansının yüksək olduğu bir oyunun məğlubiyyətlə bitməsinə gətirib çıxarar. Eyni vəziyyət, avtomobil idarə edərkən də etibarlıdır. Çarx dəyişdirmək, əllərimizin sükan hakimiyyəti, qaz-mufta nizamı və avtomatik olaraq etdiyimiz digər hərəkətlər - bütün bunların hamısı, "qeyri-şüuri yetərlilik"i sərgiləyərək bizim tərəfimizdən özbaşına həyata keçirilir.

Əgər hər hansı bir bacarıq və ya fəaliyyətdə əsl hədəf "qeyri-şüuri yetərlilik"i əldə etməkdirsə, işə haradan başlayarıq? 

Başlanğıc olaraq, hər birimiz məlumat baxımından "qeyri-şüuri cəhalət" olaraq adlandırıla biləcək, bacarıq və qabiliyyət baxımından da "qeyri-şüuri yetərsizlik" deyilə biləcək bir mövqedəyik. Başqa sözlə desək, nəyi bilmədiyimizi ya da nə edə biləcəyimizi bilmərik. NLP-nin ilk prinsipinə görə, məlumat və ya bacarıq bizim bu andakı zehni dünya xəritəmizin xaricindədir. Zaman-zaman daha əvvəl varlığından belə xəbərdar olmadığınız bəzi vəziyyət ya da mövzularla mütləq qarşılaşmısınız. Bax o andan etibarən, "qeyri-şüuri cəhalət" ya da "qeyri-şüuri yetərsizlik" vəziyyətini tərk edir və "şüurlu yetərsizlik" vəziyyətinə keçirsiniz. Bilmədiyinizi ya da bir şeyi edə bilmədiyinizin fərqində olursunuz.

Yeni bir məlumat öyrənməyə ya da yeni bir bacarıq əldə etməyə çalışarkən (tort bişirmək və avtomobil idarə etməkdən xarici bir dil öyrənməyə qədər) yetərsiz olduğumuzu bildiyimiz öyrənmə mərhələsindən başlayarıq. Bacarığa nail olub, məlumatı da öyrəndikdən sonra "şüurlu yetərlilik" öyrənmə mərhələsinə keçərik. Bəzi şeyləri edə biləcəyinizi və bu mövzuda yaxşı olduğunuzu bilirsiniz. Hər birimiz idmandan akademik karyeraya, hər hansı bir peşədəki professionallıqdan şəxsi münasibətlərə qədər bir çox sahədəki fəaliyyəti bu kateqoriyaya daxil etmək istəyərik.

NLP-nin baxış bucağına görə, öyrənmə vasitəsinin son pilləsi ən əhəmiyyətli mərhələdir. Müəyyən bir sahədə yetərliliyimizin fərqində olmarıq. Bir şeyi tam olaraq necə etdiyimizi bilmədən və necə edəcəyimizi şüurlu şəkildə düşünməyə ehtiyac qalmadan edə bilərik. Dünyadakı bir çox mütəxəssis belə, etdikləri şeyləri necə bacardıqlarını adətən, açıqlaya bilməzlər. Müvəffəqiyyət özbaşına, təbii olaraq gəlmişdir. Realda səy belə göstərməmişlər.
 
Bu öyrənmə mərhələləri nərdivanı və NLP-nin hədəfə çatmaq texnikalarına əsaslanaraq, hər hansı bir bacarığı "qeyri-şüuri yetərlilik" səviyyəsinə endirə bilər ya da çıxara bilərsiniz. Belə bir yolla insan beyninin öyrənə biləcəklərinin sərhədi yoxdur. Bu öyrənmə səviyyəsinə çatmış olan insanlar işlərində müvəffəqiyyətli olarlar, təəccüblü bir yaddaşa sahibdirlər, musiqi qabiliyyətləri ilə dinləyiciləri kreslolarına həbs edərlər ya da bir ildə əlli kitab yazarlar. Onların üstəsindən gələ bilməyəcəkləri iş yoxdur, hər şeyi üzərində düşünmədən edərlər. Bu cür öyrənmə prosesində beynin hər iki tərəfindən (təsirli düşünmə strategiyalarını tətbiq edən şüuraltını istiqamətləndirən sağ beyin və şüuru istiqamətləndirən sol beyindən) istifadə edilir. Hər cür NLP bacarığının məqsədi onu rahat və asan yolla istifadə etməkdir. Hər hansı bir fiziki bacarığı qazanarkən başlanğıcda şüurlu bir səy göstərməyiniz və təcrübədən keçirməyiniz lazımdır.

Bəzən öyrəndiyimiz bəzi şeyləri silməyimiz də lazım ola bilər. Tennisdə səhv bir atışımızı düzəltmək ya da avtomobil idarə edərkən vərdiş halına gətirdiyimiz səhvlərdən xilas olmaq kimi. Bu, o hərəkəti düşünmədən etdiyimiz halda "qeyri-şüuri yetərlilik"dən "şüurlu yetərsizlik"ə keçid olunmasını tələb edir. Yenidən öyrənmək isə, "şüurlu yetərsizlik"dən "şüurlu yetərlilik"ə, oradan da "qeyri-şüuri yetərlilik"ə keçidi tələb edir. Beləliklə, daha çox varianta sahib olar və daha irəli bir yetərlilik səviyyəsinə çatarıq. Bunlar NLP-nin düşüncələrimiz, davranışlarımız və öyrənməyimizə təsir edən əsas prinsiplərinin sadəcə bir hissəsidir. 

Təbii ki, hər şey sizdən asılıdır. Standartlarınızı yüksəltməyin, məhdudlaşdırıcı inanclarınızı dəyişdirməyin və nəticə alacağınız strategiyaları mənimsəməyin tam zamanıdır. Zaman qərar vermə zamanıdır.

ŞƏRH YAZIN