Özünə Dəyər Verən İnsan Kimdir???

0
6288
Özünə Dəyər Verən İnsan Kimdir???

 Özünə dəyər verən insan "sən" və "biz" ifadələrindən daha çox "mən" ifadəsini işlədər. Özünə yüksək səviyyədə dəyər verən biri "Bilirsən, bəzi günlər özünü möcüzəvi hiss edərsən" ya da "Bu gün gözəl bir gündür" demək yerinə "Bu gün özümü möcüzəvi hiss edirəm" deyə bilər. Bunun səbəbi, özünə dəyər verən insanın özünü digər insanlardan, şeylərdən və anlayışlardan asanca ayırd edə bilməsidir.

"Mən" ifadələri öz təcrübələrinizin, arzularınızın və ehtiyaclarınızın mülkiyyətinin sizin olduğuna zəmanət verər və bu da şəxsiyyətinizə sahib çıxmağınız, necə hiss etdiyinizi və nə istədiyinizi bilməyiniz üçün sizə güc verəcək. "Mən özüməm. Mən bu insanam və başqası deyiləm. Özümü, qüsurlarımı və digər şeylərimi sevirəm" deyə biləcəksiniz.

Özünə dəyər verən insan eyni zamanda digər şəxslərin hüquqlarına da inanır. Onların da öz şəxsiyyətlərinə sahib çıxması, nə hiss etdiklərini, nə istədiklərini ifadə etməsi üçün onlara imkan verər və cəsarətləndirər. Özünədəyər fərqliliklərin olmasına, fərqliliklərə sahib olmağınıza və fərqli olmağınıza imkan verir. Özünüzə dəyər verdiyiniz zaman, özünüzü güvəndə, təhlükəsiz hiss edərsiniz. Olduğunuz kimi, öz şəxsi fikirləri, duyğuları, hədəfləri və dəyərləri olan ayrı bir fərd olmaq mövzusunda dürüstcə güvəndə hiss edərsiniz. Ayrı bir fərd olmaq özünüzü ifadə edə bilmək mənasına gəlir və bu da təməldə "Bəli" və "Xeyr" deyə bilmək bacarığına söykənir.

"Xeyr" deyə bilmə bacarığınız olmadan bütün "Bəli"ləriniz adətən, mənasızdır. Əgər hər şeyə "Bəli" demə zəruriliyi hiss edirsinizsə, əlinizdə variantınız yox deməkdir və bu da həyatınızı özünüzün seçdiyini göstərən özdəyərin olmadığı anlamına gəlir.

Qarşınıza çıxan hər şeyə "Xeyr" demək məcburiyyətində hiss edirsinizsə, yenə də eyni şey etibarlıdır. Əgər, davamlı "Bəli" demək və ya hər şeyə "Xeyr" demək məcburiyyəti hiss edirsinizsə - bu güclü istəklərin hər ikisi də sizi variantsızlığa aparacaq və aşağı özdəyərlə nəticələnəcək.

Bu seçimsizlik vəziyyətinə "Başqalarından asılı davranış şəkli" adı verilir. Başqalarından asılılıq "Təhlükəsizlik, özdəyər və şəxsiyyətə sahib olmaq üçün başqalarının təsdiqinə və məcburedici davranışlarına söykənən bir asılılıq qəlibi" olaraq təyin olunmuşdur. Özünədəyər və şəxsiyyət sadəcə, özünəinamın digər tərifləridir. Aşağı səviyyədə özünədəyərin və öz varlığınıza az dəyər yükləməyin getdikcə, daha az variantlara yol açdığı məlumdur. Bu variant əskikliyi ümumiyyətlə, bir başqasından asılılığı və digər asılı ya da məcburedici davranışları xarakterizə edir.

Maraqlıdır ki, birisi bir dəyəri olmadığını hiss etdiyi zaman əlinin altında olan bir çox variantı nəzərdən qaçırma və görməməzlikdən gəlmə meyli göstərir: Dəyərsiz hiss etmək getdikcə, daha az varianta aparır. Bunun qarşılığında da daha az variant təkrarlanan davranışlara gətirib çıxarar (təsirli olmadıqları zamanlarda belə). Təsirsiz davranış qəlibləri həyatda daha az müvəffəqiyyətə gətirib çıxarır və müvəffəqiyyətsizlik da dəyərsiz hiss etməyə. Beləliklə də, aşağı özdəyərin təhlükəli dövrü tamamlanır.

Məsələn, orta yaşlı bir iş qadını olan Zeynəb xanım həyatında daha çox sərbəstlik yaratmaq üçün bəzi əhəmiyyətli qərarlar aldığını amma tamamilə müvəffəqiyyətsiz hiss etdiyini, başqalarından asılı olduğundan əmin olduğunu demişdi. Çünki nə zaman tək başına nəsə etməyə çalışsa, özünü rahat və məhsuldar hiss etmədiyini söyləyirdi. Özünəinamını artırmaq üçün ağlına gələn hər şeyi sınaqdan keçirmişdi amma sözün əsl mənasında, həyatının hər sahəsində özünü bir şəkildə müvəffəqiyyətsiz hiss edirdi. Bütün bunlar onun dəyərsizlik hisslərini artırırdı.

İntellektual səviyyədə Zeynəb müvəffəqiyyətsiz bir insan olmadığını çox yaxşı bilirdi. Bir çox insan onun həyatdakı mövqeyi ilə öz mövqelərini dəyişdirməkdən məmnun olardı. Amma dərinlərdə bir yerdə, duyğusal bir səviyyədə, yenə də dəyərsizliyinə razı olmuşdu.

Zeynəb anasında da özünə aid xəyal qırıqlığı və mənfi mənada çox böyük və təlqinedici bir görüntüsünü kəşf etdi. Zeynəb müvəffəqiyyətsiz bir insan olma duyğularının və bu duyğuların çıxardığı variantsızlığın birbaşa bu görüntü ilə bağlı olduğunu fərq etdi.
 
NLP ilə problem yaradan bir görüntünü birbaşa dəyişdirmək üçün bir çox yolumuz var. Alt modelləri istifadə edərək, Zeynəb anasının görüntüsünü dəyişdirməyi öyrəndi. Bu görüntünü böyütdüyü zaman özünü pis hiss edir, lakin onu kiçiltdiyi zaman çox daha yaxşı hiss edirdi. Bu cür təcrübələr etdikdən sonra, anasının görüntüsünü kiçik, uzaq, bulanıq, düz və qara-ağ etdiyi zaman, görüntünün artıq ona heç təsir etmədiyini fərq etdi.

Bunu edərək, onu pis hiss etdirən görüntünü yox etdi amma onun yerinə avtomatik olaraq, müsbət bir şey qoymadı. "Pis deyil" hiss etmək kafi deyildi; özünü yaxşı hiss etmək istəyirdi. Bunu bacarmaq üçün, ilk olaraq Riçard Bendler tərəfindən inkişaf etdirilən NLP Swish (Sviş) qəlibini öyrəndi.

SWiSH (Sviş) qəlibi

Swish texnikası sizə müəyyən problemli durumlarda anında təsir göstərəcək obyektiv və müsbət bir görüntünü yaratmağın sadə və təsirli bir yoludur.

Swish qəlibi haqqında düşünməyin bir yolu da olmaq istədiyiniz şəxsiyyətin çox qüvvətli bir şəkildə motivasiya edici bir obrazını yaratmaqdır. Bu güclü motivasiya - bütün şüurlu resurslarımızı problemli vəziyyət üzərində sınayar, fokuslayar və onunla necə başa çıxacağımızı ortaya çıxarar.

Swish qəlibi ilə inşa etdiyiniz öz obrazınız keçmişdəki, bugünkü və gələcəkdəki bütün təcrübənizə təsir edər.

ŞƏRH YAZIN