Zamanı Kodlama Modelləri

0
2201
Zamanı Kodlama Modelləri

 NLP-nin ən maraqlı mövzularından biri də "Zaman Çizgisidir" (Time-line Theraphy). Bu beynin zamanı emal formasıyla əlaqədardır. Beyin keçmişi və gələcəyi ayrı yerə kodlayar. Beləliklə içində olduğu həqiqətdən qopmamağa çalışır.


Bizim qərbli insandan fərqimiz zamanı kodlaşdırma formamızdan qaynaqlanır. Bizim bir çoxumuz nə üçün dünənin səhvlərindən dərs almayan və gələcəyi planlamayan bir varlıq olduğumuzun, nə üçün bir gündəlik hesablarla yaşadığımızın cavabı məncə buradadır.

İnsanların tədbirsizliyi, məsuliyyətsizliyi, keçmişdən dərs ala bilməmələri də deyəsən, buradan qaynaqlanır.

Bir çox insanın sığorta etməməyinin səbəbləri də burada yatır. Çünki bir çox insan "bu günə istiqamətli" yaşayır.


Qərbli insan zaman modeli 

(Through Time)

Keçmiş + İndi + Gələcək
 
Qərbli insan keçmişi, bu günü və gələcəyi bir bütün olaraq qəbul edir. Bütün vaxt gözlərinin qarşısında uzanır.
 
"Through Time" insanları siyahılar hazırlayar; dəqiqdirlər və hər yerdə tam zamanında olarlar (... siz gec qalsanız da əsəbiləşərlər). Onlar təqvim istifadə etməyi sevərlər və hər şeyi zamanında yəni, indi tamamlama meylindədirlər.


Asiyalıların zamanı qəbul etmə Modeli

(In Time)

Keçmiş ---- Gələcək 
 
Onlar keçmişi geridə buraxırlar. Önlərində böyük bir gün şəkli var. O qədər böyükdür ki, arxasındakı sabahı görə bilmirlər.
 
'In Time" zamanın bu an, indi olması mənasını verər.
 
Bu tip insanlar üçün zaman ucu açıq bir anlayışdır. Siyahı etmək ya da hər hansı bir şəkildə məcburi bir zaman sərhədi qoymaq istəməzlər.

Eyni anda birdən çox, fərqli şeylə maraqlanarlar və bu işləri dərhal bitirmək kimi bir ehtiyac da hiss etməzlər.


Hindlilərin vaxtı qəbul etmə modeli

(Circular Time)

Hindlilərin vəziyyəti daha qəribədir. Onlarda zamanı qəbul etmə forması xətt deyil, dairə şəklindədir. Hesab edirəm ki, onlardakı reinkarnasiya düşüncəsindən qaynaqlanır.

Beynin zamanla əlaqədar perspektivini şüurlu olaraq dəyişdirdiyiniz zaman, buna bağlı davranışları da dəyişdirə bilərsiniz. Çünki beyin zamanla oynaya bilir. Sizə saatlar sürmüş kimi gələn yuxular 1-2 saniyədə olub bitir. Beynin düşüncə sürəti çox yüksəkdir və itirəcək tək bir gün belə yoxdur. İnanmırsınızsa, zehninizdə 10 il sonrakı halınıza soruşa bilərsiniz...

ŞƏRH YAZIN