Yaradıcılıq Və Təhsildə Nlp!

0
2779
Yaradıcılıq Və Təhsildə Nlp!

 Yaradıcılıqda NLP


Bir çox sənətkar, yazar və şərhçi almış olduqları NLP təlimi ilə yaradıcı ruhunu daha da genişlədə və yaradıcılığına maneə törədən amilləri daha asanlıqla aradan qaldır bilər. Bu sahədə tanınan NLP proqramlarından biri Robert Dilts tərəfindən Amerikada inkişaf etdirilən Disney strategiyasıdır. Bu və buna bənzər proqramlar bəlkə də təhsil, iş ya da sənət həyatınızda kütləşmiş olan yaradıcı resurslarınızı yenidən kəşf etməyinizə fürsət yaradır. 
 
Təhsildə NLP

NLP-nin təməl məqsədlərindən biri də, tam öyrənmənin necə reallaşdığını və yeni məlumatın daha əvvəl olan məlumatlar ilə qarşılıqlı təsirini izah etməkdir. Bu sahədəki araşdırmalar sayəsində hal-hazırda bir çox təsirli təhsil və tədris strategiyası inkişaf edib. NLP texnikaları valideynlərə, məşqçilər ya da təlimçilərə uşaqlarının yada şagirdlərinin daha müvəffəqiyyətli nəticələr almalarını təmin edəcək olan metod və proqramlar təqdim edir. Bu səbəbdən təhsil işçiləri bəzi təməl NLP texnikalarını dərs metodologiyası və sinif rəhbərliyi sahəsindəki işlərinə inteqrasiya edib. NLP qruplarla birlikdə çalışan insanların peşələrini daha uğurlu yürütməsini təmin edəcək olan vasitələr təklif edir.

Uşaq Təhsilində NLP

NLP uşaq ilə valideyn arasında konstruktiv bir ünsiyyət körpüsünün inşa edilə bilməsi üçün lazımlı təməl vəsaitlər təqdim edir. Özünüzü açıq bir şəkildə ifadə edib, uşağınıza da sizi daha yaxşı anlayıb reaksiya göstərməsini təmin edəcək müsbət ünsiyyəti NLP ilə kəşf edə bilərsiniz. Məs. uşağınıza etməməsi lazım olan bir şeyi söyləyin. Məsələn, "üstünü çirklətmədən yeməyini ye!". Yəqin ki, bu söylədiyiniz xoşagəlməz davranışın yara ehtimalını artıracaq. Çünki uşaq bu istəyi yerinə yetirə bilmək üçün əvvəl mənfi yəni arzuolunmaz davranış üzərində fokuslanmaq məcburiyyətindədir. Bu azmış kimi, bir də təhdid edici bir səs tonundan istifadə etsəniz, uşaqda meydana gələn qorxu və narahatlıq nəticəsində yeməyini üst-başına dağıtması qaçılmazdır. NLP ilə bu və bu kimi bir çox məsələlərdə uşaqlarınızla təsirli, konstruktiv və daha yaxşı ünsiyyət qurmağı öyrənə bilərsiniz.

 

ŞƏRH YAZIN