Bu Hisslərə Sahibsinizmi?

0
3798
Bu Hisslərə Sahibsinizmi?

1. Bir gün kənddə quraqlıqdan əziyyət çəkən kənd sakinləri birlikdə Allaha dua etmək üçün məscidin qarşısına toplaşmağı qərara aldılar.Təyin olunmuş vaxtda hamı məscidin qarşısına yığıldı. Amma yalnız bir oğlan özü ilə çətir götürmüşdü. Bax bu etiqad, imandır!
2. Fikir vermisinizsə, uşağı oynadarkən, atıb-tutarkən o sevinclə gülür və heyranlıqla dolu baxışlarla ətrafa baxır. O yerə düşəcəyindən qorxmur, bilir k,i siz onu tutacaqsınız. Bax bu etibar, inamdır!
3. Hər axşam biz yatarkən bilirik ki, səhər yuxudan sağ salamat oyanacağımıza heç bir zəmanət yoxdur. Amma buna baxmayaraq biz saatın zəngini yenə də, yenə də qurub yatırıq. Bax bu ümiddir!
4. Hər gün biz gələcəyə dair planlar qururuq, halbuki heç bilmirik ki, sabah nələr baş verəcək, ya bir həftə sonra nə olacaq və yaxud da iki saat sonra nə olacaq - bunu bizə heç kim deyə bilməz. Biz isə planlar qururuq. Bax bu əminlikdir!
5.
Hər gün biz görürük ki, insanlar mübahisə edir. Bir-birini aldadır, nifrət edir və ayrılırlar. Başa düşürük ki, biz də bunlardan qaça bilmərik, nə vaxtsa bizim də başımıza gələ bilər eyni hadisələr. Heç nəyə baxmayaraq biz münasibətlər qururuq. Bax bu sevgidir!

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN