Məqsəd seçməyin gücü ilə bağlı 11 sitat

0
4745
 Məqsəd seçməyin gücü ilə bağlı 11 sitat

Məqsədinizi müəyyənləşdirmək vacib bir dönüş nöqtəsidir və həyatınızda çox güclü rola malikdir. Amma bu, tərifi asanlıqla veriləcək bir ifadə deyil. Hələ də öz məqsədinizi müəyyənləşdirməmisinzə, sakitləşin və niyə burada olduğunuzu götür-qoy edin. 

Həyatınızı nə etdiyinizi qavrayaraq yaşadığınızda, həyat sizin üçün daha çox məna kəsb edir və müvəffəqiyyət sizə daha da yaxınlaşır. Gəlin bu mövzuda sitatlara nəzər yetirək.
 
1.“Qazanmaq üçün bir keyfiyyətə mütləq malik olmalısınız. Bu keyfiyyət məqsədin müəyyən edilməsidir, yəni nə istədiyinizi bilmək və ona sahib olmaq üçün alışıb yanmaq.”  - Napoleon Hil
2.“İnsanın həyatda məqsədinin olması çox vacibdir. Bu məqsəd həm faydalı, həm də yaxşı olmalıdır.” – Dalay Lama 
3.“Məqsəd müəyyən hədəfə çatmaq üçün yox, həmin məqsədə aparan yoldakı hər addımdan zövq almaq üçündür.” – Veyn Dayer
4.“Müvəffəqiyyət nədir? Düşünürəm ki, məşğul olduğunuz işə qarşı həvəsinizin olması; amma sadəcə bunun kifayət olmadığını bilib çox çalışmaq və qarşınıza məqsəd qoymaqdır.” – Marqaret Tetçer
5.“Qazananlar aydın məqsədləri olanlardır” – Denis Veitley
6.“Məqsədinizin nə olduğunu bilmirsinizə, o zaman arzularınız haqqında düşünün. Arzunuz sizi məqsədinizə yönləndirəcək.” – Tomas Dekster Ceyk
7.“Həyatın buludludursa və həyatın gedişatından uzaqdasansa, bir müddət inamına görə hərəkət et. Sonunda biləcəksən ki, daxilindəki yönləndirmə sisteminə güvəndiyin hər an, doğrulara daha da yaxınlaşmısan.” – Marta Bek
8.“Həyat pis vəziyyətlərə görə yox, məqsəd azlığına görə dözülməz olur.” – Viktor Frankl
9.“Həyatınızdakı ən vacib iki gün: doğulduğunuz və niyə doğulduğunuzu anladığınız gündür.” – Mark Tven
10.“Uğurun digər adı - müəyyən məqsədə çatmaq üçün çalışmaqdır.” – Ralf Uold Emerson
11.“Hər insan vacibdir. Hər insanın rolu fərqlidir. Hər insan fərq yaradır.”  - Ceyn Qudoll
 
Tərcümə etdi: Elmira Cahangirli

ŞƏRH YAZIN