Ən önəmli 3 şey!

0
8238
Ən önəmli 3 şey!

 - Üç şey ağlın kamilliyinə dəlalət edir: dilinə malik olmaq, zəmanəsini tanımaq, öz ləyaqətini tanımaq.

 
- Üç şey fəlakət gətirər: paxıllıq, nəfsə tabe olmaq, özünü bəyənmək.
 
- Həmişə alimlərlə oturmaq insanda üç nişanə qoyar: təkkəbürçülükdən təvazökarlığa, pis sifətlərdən yaxşı nəsihətə, nadanlıqdan elmə.
 
- Dostların üçdür: öz dostun, dostunun dostu və düşməninin düşməni.
 
- Düşmənin də üçdür: Öz düşmənin, dostunun düşməni və düşməninin dostu.
 
- Üç şey üç şeyə baisdir: doğru danışmaq əməlin gerçəkliyinə, niyyətin saflığı ruzinin bolluğuna, ailədə yaxşı rəftar uzunömürlüyə.
 
- İsrafçılığın üç halı var: nə qədər pul olsa xərclər, nə paltarı olsa geyər, nə qədər olsa yeyər.
 
- Kişilər üçdür: tam kişi, yarı kişi, heç kişi. Tam kişi məsləhət verər xalq ondan mənfəət görər.Yarı kişi odur ki, özünün bir məsləhəti olmaz, göstəriş verərsən icra edər. Heç kişi odur ki, göstəriş verərsən, öyrədərsən yenə bacarmaz..

- Üç şey böyük nemətdir: əmin-amanlıq, sağlamlıq, qazancına kifayətlənmək.
 
- Üç şey böyük şərəfdir: valideynə xidmət etmək, alimlərə xidmət etmək və qonağın xidmətində durmaq.
 
-Üç şey insana fərəh gətirər: öz əkdiyin ağacın meyvəsini yemək, xalqın dilindən övladının tərifini eşitmək və yazdığın (əsəri) şeiri başqasının ifadəsində dinləmək.
 
- Üç cür işıq var: günəş işığı - gündüz işıq verir, ay işığı - gecə işıq verir, mərifət işığı həm gündüz, həm gecə işıq verir.
 
- Üç şey qadınlar üçün tərif, kişilər üçün nöqsandır: təkəbbürlü olmaq, qorxaqlıq və paxıllıq.
 
- Üç şey insanı dirildər: alimlərin söhbəti, dostların görüşü və qüssəsiz günlər.
 
- Üç şey bədənə nöqsandır: yoxsulluq, qorxu və kədər.
 
- Üç şey qəmi azaldar: axar suya baxmaq, yaşıllıqda gəzmək, gözəllərə tamaşa etmək.
 
- Üç adamla yüngüllük etmək olmaz: padşahla, alimlərlə, dostlarla. Padşahla yüngüllük etsən dünyanı itirərsən, alimlə yüngüllük etsən axirətini itirərsən, dostunla yüngülllük etsən mürüvətini itirərsən.

ŞƏRH YAZIN