Həyatımızın 3 Anlamı

0
6031
Həyatımızın 3 Anlamı

Həyatda idarə ediləcək 3 şey: Dilimiz, xasiyyətimiz, hərəkətlərimiz.

Həyatda nifrət ediləcək 3 şey: Kin, xəyanət, nankorluq.

Həyatda seviləcək 3 şey: Cəsarət, nəzakət, kömək.

Həyatda istənən 3 şey: Sağlamlıq, dostluq, dinclik.

Həyatda uğrunda döyüşüləcək 3 şey: Şərəfimiz, evimiz, Vətənimiz.

Həyatda düşünüləcək 3 şey: Həyat, ölüm, sonsuzluq.

Həyatda bir dəfə getdiyində əsla geri dönməyən 3 şey: Zaman, sözlər, fürsət.

Həyatda insanı məhv edən 3 şey: Cəsarətsizlik, qürur, hirs.

Həyatda ən qiymətli 3 şey: Sevgi, özünə güvən, ailə.

Həyatda heç bir zaman itirilməməsi lazım olan 3 şey: Barış, ümid, dürüstlük.

Həyatda heç əmin oluna bilməyəcək 3 şey: Xülyalar, müvəffəqiyyət, zənginlik.

Həyatda insanı inkişaf etdirən 3 şey: Çox iş, səmimiyyət, müvəffəqiyyət.

Həyatda qəbul etməmiz lazım olan 3 şey: Tale, pis sürprizlər, bəla.

Həyatda ən pis 3 şey: Təklik, ikiüzlülük, arzuların puç olması.

Həyatda ən gözəl 3 şey: Eşq, övlad, rahatlıq.

Həyatda ən zalım 3 şey: İntiqam, nifrət, eqoizm.

Həyatda ən soyuq 3 şey: "Xeyr" cavabı, məcburiyyət, asılılıq.

Həyatda ən acı və ən ağrılı 3 şey: Unudulmaq, vicdan əzabı, aldadılmaq.

Həyatda ən isti 3 şey: Dostluq, ailə, həyat.

Həyatda ən faciəvi 3 şey: Ölüm, xəyanət, xainlik.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN