Qadın Ixtiraçıların Kəşfləri

0
2253
Qadın Ixtiraçıların Kəşfləri

Adətən kəşflərdən danışanda ən çox kişi ixtiraçıların adları çəkilir. Amma bu sahədə qadınlar da az deyil. Maraqlı odur ki, qadınlar ixtiralarını elm adına deyil, daha çox öz həyatlarını yüngülləşdirmək adına ediblər. İnad və üsyanın nəticəsində ortaya çıxan kəşflər...                                 

Qabyuyan maşın. Cosefina Koşreyn xidmətçilərinin davamlı olaraq çini qablarını sındırmasından bezdiyi üçün qabyuyan maşın icad edib. O öz ixtirasını ilk əvvəllər restoranlara və otellərə satıb.
Büzqalter. Meri Filbs Yakob indi bütün qadınların istifadə etdiyi büzqalteri icad edib. O bu icadı üçü 1914-cü ildə ABŞ-da patent alıb.
Avtomobil şüşəsiləni. Meri Anderson öz kəşfi ilə sürücülərin həyatını yüngülləşdirib. 1900-cü ilə qədər  sürücülər yağış və qar yağanda hər tin başı avtomobillərini saxlayıb maşının şüşəsini silmək məcburiyyətində idi. Meri Anderson 1903-cü ildə avtomobil şüşə təmizləyicisini icad etdiyində isə sürücülərin diqqətini dağıdacağı səbəbindən 10 il patent ala bilmədi. Ancaq sonunda hər kəs bu icadın xeyrini görməyə və ondan istifadə etməyə başladı.
Kompüter. Dr.Qreys Mörrey ilk böyük miqyaslı kompüteri icad edib. İkinci Dünya müharibəsindən sonra Harvard Universitetində icra etdiyi işlər nəticəsində ilk böyük miqyaslı kompüter "IBM-HarvardMark 1"i icad etdiyi üçün "kompüterlərin anası" olaraq tarixə adını yazdırdı.
Mesaj şifrələmə. Hedi Lamarr gizli kodlaşdırma sistemini yaratdı. Avstriyalı Hedi Lamarr faşistlərə simpatiyası olan əriylə qatıldığı iclaslarda silahlarla əlaqədar çox şey öyrənib. Ancaq faşistlərə və ərinə qarşı böyük nifrət duymağa başlayan Lamarr sonunda Londona və oradan da ABŞ-a qaçıb. Faşistlərə qarşı İkinci Dünya müharibəsində istifadə edilmək üçün çıxardığı mesaj şifrələmə sistemi üçün 1941-ci ildə patent aldı və sistem 20 il sonra istifadə edilməyə başlandı.
"Kevlar". Stefani Kuolekin 1963-cü ildə icad etdiyi, "Kevlar" adı verilən, sərt və dayanıqlı materialdan hazırlanan gödəkçələri indi polislərin və əsgərlərin geyindikləri gülləkeçirmezgeyimlərin ortaya çıxması ilə nəticələndi.
Pampers. Marion Donovan bir dəfə istifadə edilən uşaq bezini 1949-cu ildə icad edib. Daha sonra o icadını daha da təkminləşdirərək 1961-ci ildə bugün bütün anaların rahatlıqla istifadə etdiyi "Pampers"i yaratdı.
Körpə daşıma. Enn Mur öz icadı ilə uşaqlı anaların həyatını yüngülləşdirdi. 1960-cı illərdə Qərbi Afrikada könüllü olaraq çalışan Muryerli qadınların körpələrini daşıma formasından təsirlənib.
Lazerlə cərrahiyyə əməliyyat. Patrisiya Batsa katarakta əməliyyatında istifadə edilən yeni bir üsulu, lazerlə cərrahi müdaxiləni icad etdi və 1988-ci ildə patent alan ilk Afro-Amerikan qadın həkim olub.
Günəş enerjisi. Dr. Mariya Telkes Macarıstanda doğulub. 1925-ci ildən ABŞ-a yerləşən biofizik mütəxəssisi olan Telkes evlərdə istifadə edilən günəş enerjisiylə istilik sisteminin ixtiraçısıdır.
Qatlanan yataq. Sara E. Qud qatlanan yatağı icad etdi və 1885-ci ildə bu kəşfin patentini aldı.
İsitmə sitemi. Elis H. Parkermüasir dövrdə rahatlıqla istifadə etdiyimiz mərkəzi isitmə sitemini icad edib.
 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN