Real Yaradıcılığın Sıfır Limiti

0
1846
Real Yaradıcılığın Sıfır Limiti

Uzun müddətli bir yol, özümüzə aid  bir uğur hekayəsi yaratmaq istəyiriksə ilk öncə bilgilərimizi artırmalı, sonra o bilgiləri arzularımıza çatmaq üçün necə tətbiq edəcəyimizi öyrənməyimiz çox vacibdir. Yalnız bu yol ilə həyatda nələrəsə nail ola bilərik. Təbiki bu heç də asan bir şey deyil, əvvəlcə oxumağa və düşünməyə vaxt ayırmalıyıq. Təəssüflər olsunki, insanlar özləriylə tək qalmaqdan ölüm qədər qorxduqlarına görə, özləri özlərindən qaçıb təkliyi unutmaq üçün başqalarıyla vaxt keçirib öz dəyərli təfəkkürlərini və özləri haqqında düşünməyi tamamən unudurlar. Və belə olduğu halda motivasiya almaq üçün üz tutduqları yer özləri yox, başqaları olur. Halbuki, axtardıqları ən dəyərli cövhər elə onların özlərindədir.

Rus yazıçısı, aktyoru Andrei Tarkovsky belə deyir :

“Mənə elə gəlir ki, insanlar özləriylə tək olmağı və özləri özləriylə mümkün olduğu qədər zaman keçirmələrini öyrənməsi üçün gərək biraz əziyyət çəkələr. Bu günün gənclərinin ən  böyük xətalarından biri zamanlarının çoxunu səs-küylü yerlərdə, hət da deyərdim ki, agressiv məkanlarda bir araya toplanmaqlarındadır. Özlərini yalnız hiss etməmək üçün başqalarıyla zaman keçirmək istəyi çox arzu olunmaz haldır onların özləri üçün. Hər bir insan uşaqlıqdan özü ilə zaman keçirməyi öyrənməyə ehtiyyac hissi duyar. Yalnız olması şərt deyil amma özü ilə tək qaldığı zaman sıxılmamalıdır. Özü ilə tək qaldığı zaman sıxılan  insanlar mənə özlərinə verdikləri dəyər baxımından böyük bir təhlükənin içindəymiş kimi gəlirlər’’

 

Kifayyət qadər oxumaq ,düşünmək,təfəkkür etmək üçün öz-özümüzlə zaman keçirməyən bir cəmiyyətik. Bir  oxumaq və düşünmək tənbəli olaraq ulduzu parıldayan arxasınca qaçmağımız bu səbəbdəndir. Çünki, öz daxili vəsaitimizlə görüşmək üçün yetəri qədər zəhmət sərf etmirik. Bu isə öz daxilimizdə yatan o möhtəşəm gücümüzə qarşı olan böyük haqsızlıqdır. İçimizdə nə varsa , çölə də onu əks edtdiririk , yəni bir şey bizə aid deyilsə, o bizdə heç bir zaman parıldamaz . Əziyyətini çəkmədiyimiz heç bir şey üzərimizə tam oturmaz , olsa belə uzun müddətli qalmaz. Qeyri-adi dediyimiz bacrıq özünü inkişaf etdirmək və tutuğu yola sahib çıxmaq deməkdir. Üz-gözümüzü  bəzəməklə deyil, daha çox daxilimizi kəşf etməklə əlaqədar bir şeydir. 

Ağlımızı işlətməyə başlamaqla , bir uğurumuza başlamış oluruq. Bir problemin həlli yolunu düşünəndə içimizdəki boşluğu silib atmış oluruq. Bunu etdiyimiz zaman geriyə sadəcə özümüzü inkişaf etdirmək istəməyimiz qalır.

Yaradıcılıqla bağlı Ho’ oponopono’nun qurucusu Dr. Hew Len’in maraqlı fikirlər vardır. Onlardan biri də real yaradıcılıqla bəhrələnməyin  özünü təmizləyib, insanın öz egosundan sıfır nöqtəsinə endiyində reallaşan bir haldır. Tam da o zaman başlayır real bəhrələnmə . Ho’ oponopono’nun qurucusu Hawai’li Dr. Hew Len’in deyir ki, bu sıfır nöqtəsini tapmaq üçün daima onu içimizdə axtarmağımız lazımdır.

Real  yaradıcılıq içində ruhsal axtrış və əzmkarlıq olması şüphəsizdir. Daima axtarış edərkən heç kəsin yaradıcılığından bəslənmək və başqasından kopya çəkmyə ehtiyyac belə duymuruq. Hər kəsin həyatı özünə məxsus olduğu kimi, ilhamlanma da insanın özündən olmalıdır. Yəni insan özü-özünü ilhamlandırmağı bacarmalıdır.

Yetər ki, o sıfır nöqtəsində olaq və qalanını da düşünməyək.....

 

Tərcümə : Sara Məmmədova

ŞƏRH YAZIN