Şirin Dilin Açmadığı Qapı Yoxdur!

0
6972
Şirin Dilin Açmadığı Qapı Yoxdur!

Deyilənə görə, şirin dilin açmadığı qapı yoxdur. İnsan istərsə, şirin dillə bir insanın qılığına girib ondan ürəyindən keçəni istəyə bilər və cavabı neqativ olmaz. Hətta özündən razı insanı belə şirin dillə yola gətirmək olar. Hamı təriflərdən təbii ki, zövq alır. Hətta bəzən tərif insana hava-su kimi lazım olur. Amma bu sözləri yaxşı demək lazımdır. Ona görə də gəlin iltifat etməyi öyrənək.                                                                                                                                                                                                               

Şirin həqiqət

Bəziləri tərifi qeyri-səmimilik kimi qəbul edir. Məsələn, "Siz necə də cavan qalmısınız" kimi tərifi bəziləri "Sizin təqaüdə çıxmaq vaxtınız gəlib" kimi başa düşürlər.Təbii ki,bütün deyilən tərifləri boğazdan yuxarı hesab etmək olmaz.Hərdən kompliment ona görə deyilir ki, həqiqətləri söyləmək çox xoşdur. Bəzən bir ziyafətə gedəndə bir yoldaşınız sizə "Bu paltar mənə yaraşırmı?", "Mən necə görünürəm?"kimi suallar verir, siz isə əsəbləşərək ona pis cavab verirsiniz. Amma bu düzgün deyil. Əslində onu maraqlandıran paltar deyil sizin onu necə qəbul etdiyinizdir.

Sevgidə iltifat

Bir çox cütlüklər arasındakı münasibət vaxtında bir-birlərinə dedikləri xoş sözlər əsasında yaranır. Münasibətlər o zaman başlayır ki, tərəflər bir-birinə hisslərini etiraf edir. Amma bunu etmək çətindir. Bəzən həyəcandan söz tapmaq olmur.

Nə etməli?

Azdan başlayın: Əgər iş yoldaşınızdısa gördüyü işləri tərifləyin.

Çalışın ki, komplimentlə həmin adamı çətin vəziyyətə salmayın.

Xoş sözlərinizlə ifrata varıb, qarşı tərəfi bezdirməyin.

Düzgün qəbul edin

Bu nə deməkdir? Məsələn,qatıldığınız hər hansı bir ziyafətdə sizə "Əla görünürsən" deyilir. Siz isə cavab olaraq "görmürsən gözümün altı qapqaradır", "Yox,pəhriz saxlamalıyam", "Necə əla görünə bilərəm, axı əhvalım pisdir" kimi sözləri deməyin. Tərifləri düzgün qəbul edib siz də onu tərifləyin və təşəkkürünüzü bildirin.
Kompliment haqqında 7 qayda

1) Kompliment seçərkən düzgünlüyə riyaət edin.

2) İnsanın özünün dəyər verdiyi ləyaqət və ya fəaliyyətini yüksək qiymətləndirin.
 
3) Yadda saxlayın ki, hər hansı qadına başqa qadının yanında kompliment söyləməyin.
 
4) Heç vaxt yoxlanılmamış informasiyaya əsaslanaraq kompliment deməyin.
 
5) Tərifləyərkən heç kimi başqası ilə müqayisə etməyin.
 
6) Artıq sözlərə yol verməyin.
 
7) İnandığınız tərifi deyin. Qeyri-səmimi olmayın.
 

Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN