Məzuniyyətin həyatın əsas hissəsi olduğunun sübutu

0
1518
 Məzuniyyətin həyatın əsas hissəsi olduğunun sübutu

İşdən və ya gündəlik gərginlikdən bir müddət aralanmaq təkcə stresin azalması və daha xoşbəxt hiss etmənizə təsir etməkdən başqa, işinizi daha məhsuldar görmənizə xidmət edir. Əlbəttə, ən vacib nüansı nəzərdən qaçırmasanız: istirahəti düzgün şəkildə etmək. Ancaq aparılan araşdırmalar məzuniyyət imkanından kifayət qədər yüksək səviyyədə istifadə olunmadığını göstərir. Belə ki, keçmişə nəzərən indi daha az Amerikalı məzuniyyətə çıxır. Onlar 2000-ci illərdə ildə təxminən 3 həftəlik məzuniyyətə çıxsalar da, 2015-ci ildə bu rəqəm 2 həftədən az müddətə düşmüşdür. Məzuniyyətdə olarkən belə, 60%  işçi işləməyə uzaqdan da olsa davam etdiyini bildirir.

Bütün bunlara baxmayaraq, məzuniyyətin faydaları barizdir. Bu barədə araşdırmalar edən və yazılar yazan Massaçusets Universitetinin gerontologiya (yaşlı insanları, yaşlanma prosesini və problemlərini araşdıran sahə) sahəsi üzrə köməkçi professoru olan Susan Krauss Whitbourne (Suzan Kraus Vitbörn) deyir ki, “Fasilə vermək hər zaman insanın ruh sağlamlığı üçün xeyirlidir. Bu, sizi fərqli dünyaya aparıb standart sərhədlərinizi dağıda və həmçinin, ailənizə bol zaman ayırmanıza kömək edə bilər”. 
 
Vitbörnə görə, tətil  hər zaman zehni və fiziki məşğuliyyət içində olanları ayıldır. Belə ki, 414 nəfər içərisində aparılan sorğu zamanı aydın olub ki, onların 94%-i gözəl səyahətin ardından işə əvvəlkindən daha həvəslə başlayıb və 55%-i tətillərinin az da olsa stresli keçməsinə baxmayaraq, bu stresin iş mühitindəkindən az olduğunu vurğulayaraq işə 4 əllə sarıldıqlarını və daha məhsuldar olduqlarını bildirirdi. Ağır və gərgin iş rejimindən bir müddətlik uzaqlaşmaq hər zaman müsbət nəticələnir.
 
Əlbəttə, əsas rol oynayan faktorlardan biri istirahət seçiminin növüdür. Tətil planı zəif hazırlanıbsa, böyük ehtimalla streslə nəticələnəcək. 2010-cu ildə hazırlanmış bir hesabata görə, səyahət zamanı stresi yaradan yol problemləri, təhlükə doğuran hallar bəzən insanı məzuniyyətdən əvvəlki vəziyyətindən daha da yorğun edir. Belə halda, daha az xoşbəxtlik və daha çox gərginlik hiss edilir. Yaxşı olar ki, səyahətin yaxşı sonlanması üçün ən başda az da olsa zaman ayırılsın və plan qurulsun. Sözü gedən araşdırmanın nəticəsi bildirir ki, tətillərinin pis keçdiyini deyən 28% fərd planlamanı son ana saxladıqlarını bildirirdilər. 
İstəkləri dərk edərək plan qurmaq da düzgün formada istirahət etməyin əsas faktorudur. Nəticə etibarı ilə, tətilin əsas təsir sahəsi sizin xoşbəxtliyiniz və məmnunluğunuzdur. Vitbörn bildirir ki, “Əgər insanların xoşbəxtliyə fərqli aspektdən baxdığını anlayırsınızsa, deməli, bununla bağlı fikir sahibisiniz. Əvvəlcə, təklikdə özünüzə kiçik zaman ayırın, daha sonra təkrar onlarla birlikdə tətilinizdən zövq alın”.
 
Və səyahət müddətinizdə şəkil çəkməyi qətiyyən unutmayın. “Çoxlu şəkillər çəkin və beləliklə, sonra onlara baxaraq xatirələrinizi yenidən yaşaya biləcəksiniz”. Hətta səyahətinizdə müəyyən çətinlik və çatışmazlıqlar olsa belə, bu itki sayılmır. Çünki bəzən ailə üzvlərinizin pis, qəribə və məyusedici zarahatları ilə üzləşə bilərsiniz. Əmin olun ki, hər kəsin belə tətil xatirələri var. Lakin bunlar bizi ailə üzvlərimizə və yaxınlarımıza bağlayan məfhumlardır.
 
 
 
Tərcümə etdi: Jalə Mirzəyeva 
 

ŞƏRH YAZIN