Afirmasiya İlə 21 Gündə Həyatınız Dəyişəcək!

0
7472
Afirmasiya İlə 21 Gündə Həyatınız Dəyişəcək!

 Aşağıdakı mətnlərdən birini seçib 21 GÜN hər səhər yuxudan oyanan kimi mətni bir neçə dəfə təkrarlayaraq günə başlayın, dəyişikliklərə siz belə inanmayacaqsınız!!! 
 
Mən.......... (Adınızı söyləyin)
Bilərək ya da bilməyərək zehnimdə və şüuraltımda yaratdığım bütün gərəksiz və neqativ düşüncələrimi ləğv edirəm.
Bunların yerini sevgiylə doldururam.
……………… qarşı səhvlərimi bilirəm, qəbul edirəm və buraxıram. Daxilimdə artıq onunla bağlı neqativ düşüncələrə yer yoxdur!
………………… məni sevdiyini bilirəm, təsdiqləyib qəbul edirəm. Onunla ruh əkiziyik, xoşbəxtik və xoşbəxtliyimiz daha da artır, bunu bilirəm təsdiqləyirəm. Onu çox sevir, onunda məni sevdiyini və qəbul etdiyini bilirəm.
 
Bilərək və bilməyərək özümdə yaratdığım bütün əngəlləri ləğv edirəm.
Yolumun Tanrının ışığı və sevgiylə açılmasını tələb edirəm.
Mən sevgidə güvəndə və tarazlıqdayam. Kainat məni dəstəkliyir.
Ehtiyacım olan hər şey mənə sevə-sevə təqdim olunur və mən sevinclə, şükür edərək qəbul edirəm.
Mən bu gün sevgi enerjisi ilə doluyam, sevgimi bütün ətrafıma asanlıqla yayıram.
Sevməyi və sevilməyi sevirəm.
Özümü daha çox sevdikcə, daha çox sevgiyə sahib oluram.
Sevgini sərbəst şəkildə ötürür və qəbul edirəm.
Sevgi dolu, xoşbəxt ünsiyyəti həyatıma çəkirəm.
Daim açıq və effektiv bir şəkildə ünsiyyət qura bilirəm.
 
İstədiyim hər şeyə sahib olmağı təsdiqləyirəm.
Özümə hörmət edirəm
Zehnimə pozitiv mesajlar göndərirəm.
Özümü qəbul edir ve qucağlıyıram.
Bədənim öz gücünü və incəliyini daşıyır.
Bir çox bacarıqlarım var.
Mən dəyərliyəm. Diqqəti haqq edirəm.
Mən sempatik biriyim və çox insan tərəfindən sevilirəm.
Bədənim çox gözəldir; özümü sevir və yaxşı baxıram.
Digərləri tərəfindən sevilməyə layiqəm.
Özümə baxanda möhtəşəm bir insan görürəm.
Xoşbəxtliyim gülüşümdə əks olunur.
Sevimli şəxsiyyətim var
Başqalarına qarşı hər zaman kübar və yardımsevərəm.
Hər səhər yatağdan sevinc və coşqulu bir həyəcanla qalxıram.
Hər yeni günə xoşbəxtlik və sevinclə başlayıram.
Hər yeni günün başında xoşbəxt olmağı seçirəm.
Uşaq kimi bir sevinclə özümə qəhqəhələrlə gülürəm.
Yumor anlayışım ətrafımdakı hər kəsə yoluxucudur.
 
İşimə asanlıqla konsentrasiya oluram və effektiv çalışıram.
Özüm olmaqdan xoşbəxtəm.
Qəzəbli olduğumda, səhv etdiyimdə, qısqanclıq duyduğumda, insanları sevə bilmədiyimdə özümü ələ ala bilirəm və səhvimi başa düşürəm
Bədənimi tamamilə sevir və qəbul edirəm.
 
Bu gün və hər gün sağlamlığım dayanmadan daha yaxşılığa doğru gedir.
Bu gün özümü sevgi ilə ifadə etməyi seçirəm ...
Kainatın sonsuz bolluq və bərəkəti içindəyəm ...
Mən özümü tam olduğum kimi sevir və qəbul edirəm.
Mən həyatımın yaradıcısıyım. Həyatımı tam istədiyim kimi yaradıram.
Həyatın ən gözəl şeylərinə layiqəm və özümə sevə-sevə hər şeyin ən yaxşısını qəbul etməyə icazə verirəm.
Şən, xoşbəxt və azadam
 
Zehnim və bədənim qüsursuz bir tarazlıqda. Sağlam və xoşagəlimliyəm.
Keçmişi bağışlayıram və sərbəst buraxıram.
 
Bütün bunları mənə etdirən Allaha şükr edirəm, təşəkkür edirəm.
Düşünə bildiyim üçün... Gülə bildiyim üçün.. Ağlaya bildiyim üçün...
Qəhqəhə çəkdiyim üçün, çünki beləcə hər şey birdən məna qazanır.
Ağlaya bildiyim üçün, çünki beləcə neqativlikdən azad oluram.
 
 
Ağrılarım və sevinclərim üçün, çünki onlar mənim qəlbimin güclü olmasını təmin edirlər.
Ailəm üçün, çünki onlarla yalnızlığımı paylaşır və öz mənliyimə məna verirəm.
Gözlərim üçün, onlarla ətrafımı açıq, aydın və rəngli görürəm.
Səhvlərim üçün şükr edirəm, çünki onlar sayəsində öyrənirəm.
Şükr etdikcə sağlam oluram və gücüm artır.
Şükr etdikcə ətrafımda pozitiv bir enerji yaradır və bütün pozitivlikləri özümə çəkirəm.
Xoşbəxtliyi, gücü, sevgini, sevinci yaradacaq hadisələri özümə çəkirəm.
Mən (Adınızı söyləyin) bütün bunların tamamıyam. Özümü sevirəm ...
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN