Beyin Gücünü Artıran 10 Taktika

0
7298
Beyin Gücünü Artıran 10 Taktika

Beyin gücünü artıran 10 taktika :

1.Ağıllı olduğunuza İnanın:Ağıllı olduğunuzu və zəka səviyyənizi yüksəldə biləcəyinizi düşünün.Yaradıcı düşüncələri inkişaf etdirdiyinizdə bunları bir yerə yazın.Özünüzə bunun üçün şans tanıyın və zaman verin.
2.Beyin məşqləri edin:Çəngəl bilməcə,məntiq sualları və zəka testləri həll edin.Hər gün istifadə etdiyiniz vasitə vəsaitləri,istifadə edə biləcəyiniz yeni yerlər kəşf edin.Avtomobil istifadə edərkən,yolda gedərkən zehindən toplama,çıxarma,vurma,bölmə edin.
3.Yeni şeylər öyrənin:Hər gün yeni bir məlumat əldə etməyə çalışın.Tarix,coğrafiya,texnologiya,maliyyə,ədəbiyyat…Hansı mövzuda istəsəniz…
4.Gəzintiya cixin,yürüş edin:Ritmik gediş bədəninizə olduğu kimi beyninizə də yaxşı gəlir.Gəzərkən klassik musiqi dinləyə bilərsiniz.
5.Modelləşdirin:Ağıllı və yaradıcı düşünən kəslərlə tanış olun.Onların həyat formalarını,necə fikir inkişaf etdirdiklərini öyrənin.
6.Balıq yeyin:Balıq,beyin dalğalarının aktivasiyasını artırar.Eyni zamanda depressiya ehtimalını salar.Nizamlı olaraq yeyildiyində zəka səviyyəsini yüksəldər.
7.Gərəksiz mübahisə və müzakirələrdən uzaq durun:Yalnız öz doğrunuzu isbat etmək üçün mübahisə və müzakirə etmək bir fayda qazandırmaz.Fərqli fikirləri bir araya gətirərək bunlar arasında müqayisə etmək və ən doğrunu tapmağa çalışmaq,beynin analiz qabiliyyətini gücləndirər.
8.Qəhqəhə çəkin:Qəhqəhə,stressi azaldan endorfin hormonunun ifraz olunmasını təmin edər.Eyni zamanda sizi xoşbəxt,sakit,müsbət və yeni fikirlərə açıq hala gətirər.
9.Yumor və karikaturaya əhəmiyyət verin:Yumolru yazılar,kitablar oxuyun; karikaturaları izləyin.Yumor,saxladığı zəka elementləriylə incə detalları tutmağı və beyninizi işlək tutmanızı təmin edər.
10.Oyun oynayın:Əl-göz koordinasiyasını tələb edən oyunlar və zəka sualları beyin gücünü artırar.Şahmat,dama,internetdə mouse ya da klaviatura köməyiylə oynanan zəka oyunları gözəl alternativlərdir

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN