Porsche Necə Bacardı? Bir Avtomobil Nəhənginin Nümunə Götürüləcək Hekayəsi

0
1909
Porsche Necə Bacardı? Bir Avtomobil Nəhənginin Nümunə Götürüləcək Hekayəsi

Ferdinand Porsche 1875-ci ildə Almaniyanın Behemiya şəhərində anadan olmuşdur.

Atası kasıb bir təmirçi idi. Uşaq vaxtı atasının yanında, əlində təmir çantası ilə dəfələrlə işə getmişdir. Bu zaman texniki işlərə qarşı marağı olduqca artmışdı. Sadəcə iş vaxtı deyil, boş zamanlarında da texnik və elektrik təmiri ilə məşğul olurdu. Məktəbi bitirdikdən sonra Texniki Universitetə getmək istədi, lakin bacarmadı. Dinləyici tələbə olaraq xaricdən dərslərə qoşulurdu. Böyük diqqətlə dərslərə qulaq asan Porsche gələcəkdə bahalı və keyfiyyətli avtomobil yaradacağını bilmirdi. Bügün belə ölkəmizdə ən məşhur, ən rahat və ən bahalı avtomobillərdən biri Porsche markalı maşınlardır. Bundan əlavə Wolkswagen  tipi avtomobillərin şəklini çəkən də, motorundan şüşəsinə və formasına qədər istehsal edən əslində Ferdinand Porschedir. Wolkswagenin dizaynının Hitlerə məxsus olduğu deyilir, lakin bu böyük bir yalandır. Porscheda avtomobil həvəsi gənc yaşlarından başlamışdır. Elektrik motorları istehsal edən bir firmada iş tapdı. Orada 2 il işlədikdən sonra, o dövrün məşhur şirkəti olan Lohner avtomobil şirkətində çalışmağa başladı. 
 
Burada şəxsi dizaynı olan avtomobilini hazırlamaq fürsəti tapdı. Elektrik motorunda yaxşıca ixtisaslaşan  Porsche, istənilən tərzdə yerləşdirilə bilən elektrik motoru ilə işləyə bilən avtomobiı yaratdı. Paris sərgisində özü istehsal etdiyi bu tərz avtomobilləri sərgilədiyi zaman hər kəs ona heyran qalmışdı. Lohner-Porsche olaraq tanındı bu avtomobillər. Elektrik motorunu benzinlə bəsləyən bu cür motor istehsal ediləndən sonra motor kompleksindəki digər hissələrə ehtiyac qalmırdı. Bununla bərabər o zamanın məşhur şirkətlərindən olan Daimler Avtomobil Şirkətində işləməyə başlayan Porsche, təyyarə motorları daxil olmaqla ağır müharibə topları daşıya bilən maşınlar da istehsal edirdi.
 
Hitlerin avtomobil vasitələri məsləhətçiliyini də yerinə yetirən Ferdinand Porsche, xalqın da satın ala biləcəyi avtomobil növü hazırladı. Hitlerin ona əmr etdiyi avtomobilin şərtlərini söylədi: 100 km sürət, 5 nəfərlik yer, 100 km-də ən çox 8 litr bezin istifadəsi, 1000 markdan aşağı satış qiyməti. Wolks xalq: wagen wagon (avtomobil) yəni, xalq avtomobili Wolkswagen və həşərat mənasına gələn Porsche avtomobillərini istehsal edərək bu sahədə bir ilkə imza atdı. Alman Nasional Sosialist Partiyasına üzv olub, oradan da SS`lərə qatılan məşhur Porsche avtomobillərinin sahibi Ferdinand Porsche, əsgər daşıma vasitələri də hazırladı. İkinci dünya müharibəsinin başlaması ilə buna sürət qazandırdı. Almaniyanın ən böyük Beynəlxalq Hörmət medalını aldıqdan sonra  Professor adını da qazandı. 
 
İkinci dünya müharibəsində Hitlerin məğlub olmasından sonra Porsche həbs olundu. Fransa həbsxanasına göndərildi. Lakin bir şey gözdən qaçmışdı. Porsche bir yəhudi idi. Hitlerin məsləhətçisi olmasına və SSR-yə qatılmasına rəğmən bu adam bir yəhudi idi. Bəlkə də elə buna görə minlərlə günahsız insanların, uşaqların, qadın kişi demədən, cavan yaşlı seçilmədən diri -diri yandırılmasına baxmayaraq Porsche azadlığa buraxıldı. 65 yaşına çatanda özünü avtomobil fabrikinə həsr etdi. Oğlu Ferry də ona kömək edirdi. İlk idman avtomobilini də bazara çıxardı bu vaxtlarda. Hal-hazırda Porsche müəssisələrinin mərkəzi Stutgart olaraq tanınır. Porsche eyni şəhərdə, 75 yaşında vəfat etdi.
 
Ferdinand Porsche, Hitlerin partiyası olan Nasional Sosialist Partiyasına üzv olmağında heç bir marağı olmadığnı söyləmişdi. Həyata keçirilən qətliamları da hər dəfə öz imkanları daxilində qarşısını almağa çalışdığını, hətta yaşayanlar arasında buna şahid olanların da olduğunu, nəticədə özünün də yəhudi olduğunu ifadə edərək bu  açıqlamaları etmişdi:
 
"Heç bir zaman  siyasətlə məşğul olmadım. Partiyaya üzv olmağımdakı səbəb, maşın istehsalçısı olaraq məsləhətçi seçilməyim idi. Sadəcə işimlə məşğul olurdum. Bir insanın belə öldürülməsinə görə günahkar deyiləm. Mən hər kəs üçün nələrsə istehsal etməyə çalışdım. Heç bir zaman da Hitlerin etdiklərini tövsiyə etmədim. Mən ölkəm Almaniya üçün çalışdım.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN