Bunları Mütləq Bilməlisiniz!

0
2190
Bunları Mütləq Bilməlisiniz!

♦ Xoşbəxtlik- problemsiz bir həyat demək deyil, problemləri həll etmək qabiliyyəti deməkdir.
♦ Dərindən və inancla sev! 
♦ Sına bilərsən, amma başqa cür də həyatını tam yaşaya bilməzsən! 
♦Anlaşılmazlıqlarla vicdanlı mübarizə apar! 
♦ İnsanlar haqqında deyilənlərə inanıb onlar haqqında qərar çıxartma! 
♦ İnsanları mühakimə etsən, onları sevməyə zamanın qalmaz. 
♦ İnsanlara gözlədiklərindən çox şey ver və bu işi edərkən kübar ol. 
♦ Yavaş danış, amma sürətlə düşün. 
♦ Əgər biri sənə cavablamaq istəmədiyin bir sual verərsə gülümsə və "niyə bilmək istəyirsən?" de. 
♦Göy üzünün hər yerdə mavi olduğunu anlamaq üçün, dünyanı dolaşmağa ehtiyac yoxdur. 
♦Bax, eyni zamanda baxdığını görən ol. 
♦ Gəldiyin zaman boşluq dolduran deyil, getdiyin zaman yeri doldurulmayan ol. 
♦ Hər eşitdiyinə inanma, əlindəkinin hamısını xərcləmə və istədiyin qədər yatma! 
♦ "Səni sevirəm" deyərkən inanaraq de! 
♦"Üzr istəyirəm" deyərkən qarşındakının gözünün içinə bax! 
♦ İlk baxışdan sevgiyə inan. 
♦ Evlənməzdən əvvəl ən azı altı ay nişanlı qal.
♦ Heç vaxt başqalarının xəyallarıyla oynama!
♦ Bunu həmişə xatırla ki, böyük eşq və böyük investisiya daima özündə böyük risk daşıyır. 
♦ Əgər məğlub olarsan, ağlını da itirmə 
♦ Unutma, sevgi hər kəsə, hörmət özünə və başqalarına, cavabdehlik bütün hərəkətlərin üçün! 
♦ Balaca bir mübahisənin bütün dostluğu məhv etməsinə icazə vermə! 
♦ Dostun olsun istəyirsənsə, dost ol! 
♦ Əgər səhv etdiyini hiss etdinsə, həmin dəqiqə onu düzəltməyə başla, bilə-bilə davam etmə! 
♦ Telefonda danışarkən gülümsə. Danışdığın adam səsindən gülümsədiyini hiss edəcək. 
♦ Söhbət etməyi sevdiyin biriylə evlən. Yaşlandıqca söhbət hər şeydən daha çox önəm qazanacaq. 
♦ Hərdən yalnız qalmağa səy göstər. 
♦ Ananı say, sev və ona zəng et! 
♦ Yeniliklərə açıq ol! 
♦ Bunu bil ki, susmaq - bəzən ən yaxşı cavabdır. 
♦ Daha çox kitab oxu, dostlarını arayıb-axtar, daha az televizora bax ! 
♦ Gözəl, şərəfli bir həyat yaşa! Yaşlanıb geri baxdığında ikinci bir dəfə ləzzətini yaşayacaqsan. 
♦ Allaha güvən, amma avtomobilin qapılarını da bağla. 
♦ Yuvanda isti bir mühit yaratmaq üçün əlindən gələni et. 
♦ Sevdiklərinlə mübahisə edərkən, həmin anı düşün, keçmişi qurdalama! 
♦ Sətir aralarını da oxu. Biliklərini paylaş. 
♦ Bilik insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlılıq qorxudan qurtarar. 
♦ Dünyayla yaxşı davran. 
♦ Dua et, böyük güc verər. Düşün, daha böyük güc verər. 
♦ Öpərkən gözlərini bağlamayan sevgiliyə güvənmə. 
♦ İldə bir dəfə, daha öncə getmədiyin bir yerə get. 
♦ Əgər çox pulun olarsa, başqalarına yardım et- pulun ən ləzzətli tərəfini qaçırma. 
♦ Bəzən istədiyin bir şeyin olmaması sənin üçün bir şansdır. 
♦ Əvvəl qaydaları öyrən, düşün, qərar ver və bəzilərini poz. 
♦ Ən yaxşı münasibətin bir-birinizə olan sevginiz, bir-birinizə olan ehtiyacınızdan çox olduğu zaman olacaqdır. 
♦ Müvəffəqiyyətin gerçək olub-olmadığını anlamaq üçün qarşılığında nələr verdiyinə bax. 
♦ Dərs alınmış uğursuzluq uğur deməkdir. 
♦ Bunu bil ki, xarakterin sənin taleyindir. 
♦ Həddsiz sev, hər könüldə çiçək olmaqdansa, bir könüldə buket ol. 
♦ İnsanlığını və kimliyini heç bir dəyərə dəyişdirmə! 
♦ Sevgi üçün qollarını bağlama, sonra özündən başqa tutmağa bir şey tapmayacaqsan. 
♦ İçindən nə gəlirsə, et. Təbii ol! 
♦ Sənə edilən yaxşılığı daşa, pisliyi isə toza yaz.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN