Hər Səhər Bu Sözləri Özünüzə Deyin

0
6333
Hər Səhər Bu Sözləri Özünüzə Deyin

Hər səhər insanın pozitiv və gümrah oyanması mütləqdir. Çünki, hər birimiz günümüzün daha gözəl və xoşbəxt keçməyini, işlərimizdə daha bacarıqlı olmağı və xəyallarımızı reallaşdırmağı çox arzulayırıq. Ona görə də hər sabah bu sözləri öz-özünüzə deməyi unutmayın.

Məni sevən və önəm verən insanlar var: Sizi sevən və önəm verən insanları düşünün və sizi sevən şəxslərə bağlı olduğunuzu xatırlayın.

Sevgi içimdədir: Əyləncədən işləməyə qədər, həyatınızdakı hər şeydə içinizdəki sevgini istifadə edirsiniz. Axtardığınız sevgi içinizdədir.

Olmaq istədiyim kimiyəm, etdiklərimdən qürur duyuram: İnanclarınıza uyğun etdiyiniz hər iş doğrudur. Bu isə bacarıqlısınız deməkdir.

Səhvlərimi düzəldəcəyəm: İcazə verməyin ki, etdiyiniz səhvlər sizə pis təsir etsin. Onları tez həll edin. Qoy, insanlar sizin bir probleminizin olmadığını düşünsün.

Həyatdakı çətinliklərin fərqindəyəm: Bir hədəfə çatmaq üçün qarşınızda olan hər bir maneəni aşın və arzularınızı reallaşdırın.

Həyatımın memarıyam və onu yaxşı həyata çevirəcəyəm: Hər kəs öz etdiyinə cavabdehdir. Həyatınızın qəhrəmanı sizsiniz. Bunu unutmayın. Bütün əldə etdikləriniz də sizindir.

Sağlamam: Özünüzü sağlam bir şəxs olaraq görün. Sağlam bir yaşam tərzini sürün. Bəsləyici qidalar və idmana üstünlük verin.

Gülmək gözəldir: Asan gülə bilməyi öyrənin və hər fürsətdə gülün. Gülmək beynin yükünü yüngülləşdirər, stresi azaldar.

Mərhəmətliyəm: Nəzakət və hörmət ilə həll edilməyəcək çox az bir şey vardır. Əsas odur ki, qəlbinizdə mərhəmət üçün yer ayırın.

Paylaşmaq gözəldir: Çünki təbiətdə hər şeydən hər kəsə çatacaq qədər var. Qəlbinizi bölün, verdiyinizdən də artığını geri alacaqsınız.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN